14 faiz yox, 7 faiz gəlir vergisi ödəyəcəyik

Redaktor

02.12.2025 16:25
288

14 faiz yox, 7 faiz gəlir vergisi ödəyəcəyik

Gələn ildən qeyri-neft sektorunda muzdla işləyənlərin gəlir vergisinin tətbiqi ilə bağlı məsələ də xüsusi diqqət çəkir. Qeyd edim ki, bu güzəşt 2019-cu ildə tətbiq qüvvəyə minib və müddətli xarakter daşımışdır. Güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir. Bu güzəşt rejimi sıfır dərəcə ilə, yəni gəlir vergisi tutulmadan tətbiq edilirdi ki, bu da dünyada nadir hallardandır.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, 2500 manatadək gəlirlər 14% gəlir vergisi ilə, 2500 manatdan yuxarı gəlirlər isə 25% gəlir vergisinə cəlb ediləcəkdi.

"Lakin Azərbaycan hökuməti özəl sektorun inkişafını və qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərə alaraq, növbəti böyük güzəştli rejim tətbiq edir. İlk növbədə biz güzəştli rejim olaraq yox daimi rejim olaraq bu dərəcələri demək olar ki, 50 faiz aşağı salırıq - 14%-lik rejimi 7%-ə salırıq. Bununla da qalmır, əlavə olaraq 7 faizə keçidə də biz tədrici keçid olaraq müəyyən edirik, yəni 2026-cı ildə muzda işləyən əhalinin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 faizdir", - nazir bildirib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...