Redaktor
“Amazon”da ən çox rast gəlinən 5 fırıldaq
Elektron ticarət dünyası alıcıları aldatmağa çalışan fırıldaqçılarla doludur. Hər gün fırıldıqçılardan minlərlə insana müxtəlif tanınmış platformaların adlarından saxta mesajlar gəlir. Dünyanın ən böyük onlayn satış platformalarından biri olan “Amazon” da bu dələduzların əsas hədəflərindəndir. Onlar getdikcə daha inandırıcı üsullar icad edir, “Amazon” adı altında istifadəçiləri tələyə salmağa çalışırlar.
Valyuta.az ən çox yayılmış 5 fırıldaq üsulu və onlardan qorunma yollarını təqdim edir:
1. “Hesabınız dayandırılıb!” bildirişi
Bu fırıldaq adətən e-poçt vasitəsilə gəlir, mövzu sətiri isə istifadəçidə panika yaratmaq üçün seçilir. Mesajda “Amazon” loqosu və hesab məlumatlarını yeniləmək üçün link yerləşdirilir.
Necə qorunmalı: “Amazon” kritik hesab məsələlərini e-poçtda göndərilən təsadüfi linklərlə həll etmir. Göndəricinin ünvanını yoxlayın, yazı səhvlərinə diqqət edin və linkə klikləmək əvəzinə birbaşa Amazon.com-a daxil olun.
2. “Gözlənilməz geri ödəmə” SMS-i
Fırıldaqçılar SMS-lə guya sifarişinizin standartlara uyğun olmadığı və tam məbləğdə geri ödəmə ediləcəyi barədə xəbər verir. Linkə keçid isə saxta “Amazon” giriş səhifəsinə aparır.
Necə qorunmalı: “Amazon” bəzən SMS göndərir, lakin sifariş detallarını göstərmədən pul qaytarılması barədə bildiriş çox şübhəlidir. Linkə daxil olmayın, rəsmi sayt və ya tətbiqdən hesabınıza baxın.
3. “Təsadüfi artıq geri ödəmə” hiyləsi
Bu üsulda fırıldaqçılar guya sizə yanlışlıqla artıq məbləğdə geri ödəmə edildiyini deyərək, fərqi geri göndərməyinizi istəyir. Çox vaxt bunu hədiyyə kartı və ya pul köçürməsi ilə tələb edirlər.
Necə qorunmalı: Bank hesabınızı və “Amazon” balansınızı yoxlayın. “Amazon” heç vaxt sizdən hədiyyə kartı və ya uzaqdan kompüterə giriş tələb etməz.
4. “Sifarişiniz göndərildi!” – amma hansı sifariş?
İstifadəçiyə sifariş etmədiyi çox vaxt baha qiymətli məhsul barədə təsdiq e-poçtu göndərilir. Məqsəd “Sifarişi ləğv et” linkinə klikləməyə məcbur etməkdir.
Necə qorunmalı: Hesabınıza birbaşa daxil olub “Sifarişlər” bölməsini yoxlayın. Əgər həmin məhsul orada yoxdursa, bu, fırıldaqdır.
5. “Gizli bağlama” fırıldağı
Adınıza “Amazon”dan sifariş etmədiyiniz, dəyəri az və təsadüfi məhsul göndərilir. Satıcılar bu üsulla saxta müsbət rəylər yaradır.
Necə qorunmalı: “Amazon” müştəri xidmətinə müraciət edərək belə bağlamaları bildirin. Ünvanınız istifadə edildiyi üçün kredit hesabatınızı da mütəmadi yoxlamağınız məsləhətdir.
Sərvanə Rəmixanova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025