Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?

Redaktor

08.12.2025 12:30
252

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?

Bakı metropolitenində bank kartları ilə edilən ödənişlər zamanı müxtəlif banklar tərəfindən keşbek kampaniyaları təklif olunur. 

Valyuta.az xəbər verir ki, "ABB", "Leobank" və "Kapital Bank" tərəfindən təqdim edilən bu kampaniyalar müştərilərə müəyyən şərtlərlə ödənişlərinin bir hissəsini geri alma imkanı verir.

"ABB"nin Tam DigiCard istifadəçiləri üçün "Apple Pay" və ya "Google Pay" vasitəsilə metroda ödənişdə hər beşinci əməliyyatda 100 faiz keşbek əldə edirlər. Beləliklə, 5-ci, 10-cu, 15-ci və bu ardıcıllıqla davam edən əməliyyatlarda 0.60 manat tam şəkildə geri qaytarılır.

Kampaniya yalnız mobil ödənişlər üçün keçərlidir və hər müştəri maksimum altı dəfə keşbek qazana bilər. Keşbekin hesablanması üçün balansda kifayət qədər vəsait olmalı və əməliyyat uğurla tamamlanmalıdır. Qeyd edək ki, kampaniya 12 dekabr tarixinə qədər davam edəcək. 

"ABB"də həmçinin “Faydalı” keşbek paketi mövcuddur. Bu paket çərçivəsində QR kod vasitəsilə edilən ödənişlərə 2 faiz keşbek hesablanır. Bu imkan “Bayram”, “Macərapərəst”, “Romantik”, “Ailə başçısı” və “Kapitalist” kateqoriyalarına şamil edilir və maksimal keşbek məbləği 30 manatdır.

"Leobank" müştəriləri metro ödənişlərini "Apple Pay" və ya "Google Pay" ilə etdikdə ilk ödəniş üzrə 30 faiz, növbəti səfərlərdə isə 20 faiz keşbek əldə edirlər. Bu mexanizm kampaniya deyil, bankın təqdim etdiyi daimi keşbek proqramı çərçivəsində fəaliyyət göstərir.

"Kapital Bank" müştəriləri isə QR kod vasitəsilə həyata keçirdikləri ödənişlərə görə 3 faiz keşbek əldə edə bilirlər. Bu imkan daimi əsaslarla təqdim olunur və müştərilərə gündəlik ödənişlərdə qənaət imkanı yaradır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...