Azərbaycanda bank sədrləri harada təhsil alıblar?

Redaktor

13.11.2025 14:56
3,269

Azərbaycanda bank sədrləri harada təhsil alıblar? - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən banklar  müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur.

Bu şəxslər bankların strateji inkişafını formalaşdırır, gündəlik əməliyyatları nəzarətdə saxlayır və maliyyə sabitliyinin qorunmasına cavabdeh olurlar.

Valyuta.az bu yazıda Azərbaycanın aparıcı banklarında İdarə Heyətinin sədrlərinin (CEO-lar) ixtisasları və harada təhsillərini başa vurduqlarını araşdırıb:

Fərid Hüseynov, CEO, "Kapital Bank" - Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində magistratura təhsili alıb.

Abbas İbrahimov, СEO, "ABB" Bank - 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

Tural Həsənov, CEO, "Azər-Türk Bank" - Təhsilini iqtisadiyyat və maliyyə sahəsində aparıcı beynəlxalq və yerli ali məktəblərdə davam etdirən şəxs 2001–2006-cı illərdə Bakı Özəl Türk Liseyində orta təhsil almış, daha sonra 2006–2011-ci illərdə Orta Doğu Texniki Universitetində (Middle East Technical University) iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə tamamlamışdır. 2011-2012-ci illərdə Böyük Britaniyanın nüfuzlu Exeter Universitetində maliyyə və menecment ixtisası üzrə magistr təhsili almış, 2024-cü ilin sentyabr ayından etibarən isə London Business School-da Executive MBA proqramı üzrə təhsilini davam etdirir.

Davit Tsiklauri, CEO, "AccessBank" - London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Heybət Qədirov, CEO (Müvəqqəti), "Unibank" - Azərbaycan Dövlət İqtisad Universitetində Bakalavr və magistr dərəcəsini - Maliyyə və kredit ixtisası üzrə alıb.

Orxan Qarayev, CEO, "Turan Bank" - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

Aydın Hüseynov, СEO, "Rabitəbank" - 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Cavid Quliyev, CEO, "Paşa Bank" - Azərbaycan Dillər Universitetində “Xarici dillər” ixtisası üzrə bakalavr təhsilini (1994), Azərbaycan Dövlət İqtisad Universitetində isə “Maliyyə və kredit” ixtisası üzrə ikinci ali təhsilini (2000) tamamlamışdır. 1999-cu ildə HSBC Qrupunun İdarəetmə Kollecini (Executive Training Management College) bitirmişdir.

Amid Qənbərov, СEO, "AFB Bank" - 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsini, 2004-2006–cı  illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.

Həsən Quliyev, CEO, "Bank of Baku" - Bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.

Kamran Məcidov, CEO, "Xalq bank" - 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.

Kənan Orucov, CEO, "ASB" - 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.

Mete Şamil Öztürk, CEO, "Yapı Kredi Bank Azərbaycan" - Bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində bitirmişdir.

Selçuk Demir, СEO, "Ziraat Bank Azərbaycan" - 1989-cu ildə Anadolu Universitetində bakalavr pilləsi üzrə təhsilini başa vurduqdan sonra İstanbul Ticarət Universitetində Beynəlxalq Bankçılıq və Maliyyə ixtisası üzrə Magistr dərəcəsini və İstanbul Universiteti İqtisadiyyat Fakültəsində İqtisad elmləri doktoru dərəcəsi ilə tamamladı.

Rüfət Kərimov, CEO, "Bank Avrasiya" - 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirmişdir.

Tariyel İsmayılov, CEO, "Bank Respublika" - 2003-cü ildə Milli Aviasiya Akademiyasını bitirib. 2007-ci ildə isə Azərbaycan Texnologiya Universitetini "İnzibati İdarəetmə" ixtisasını bitirib.   

Mahir Nəcəfov, CEO (Müvəqqəti), "Premium Bank" - Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası” fakültəsini “Mühəndis-Mexanik” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...