Redaktor
"Cloudflare"in çökmə səbəbi məlum olub
İnternetin qlobal infrastruktur təminatçılarından biri olan “Cloudflare” 18 noyabr 2025-ci ildə baş vermiş genişmiqyaslı xidmət pozuntusunun səbəblərini açıqlayıb.
Şirkətin texniki direktoru bildirib ki, problemin kökündə sistem daxilində uzun müddət mövcud olan, lakin indiyədək aşkarlanmayan “gizli proqram xətası” (latent bug) dayanır. Valyuta.Az-ın verdiyi xəbərə görə, bu xəta adi bir konfiqurasiya yeniləməsi zamanı aktivləşərək, sistemdə zəncirvari nasazlığa yol açıb.
ABŞ mətbuatının verdiyi məlumata əsasən, həmin yeniləmənin tərkibində olan avtomatik yaradılmış konfiqurasiya faylı nəzərdə tutulan həddən artıq böyük ölçüdə olub. Fayl təhdid trafikini idarə etmək məqsədi daşısa da, ölçüsünün kritik həddi aşması nəticəsində proqram sistemində çökmə baş verib. Şirkət tərəfindən qeyd olunub ki, hadisənin heç bir kiberhücumla əlaqəsi yoxdur.
Hadisə ABŞ-şərqi vaxtı ilə saat 6:30 radələrində başlayıb və nəticədə “ChatGPT”, “X” (əvvəllər Twitter), müxtəlif onlayn oyun platformaları, maliyyə xidmətləri və logistik sistemlər daxil olmaqla, bir sıra qlobal xidmətlərdə fasilələr müşahidə olunub. Problem bir neçə saatdan sonra aradan qaldırılsa da, geniş təsir dairəsi və yaranan narahatlıq ciddi müzakirələrə səbəb olub.
Şirkət yaranmış narahatlığa görə ictimaiyyətdən rəsmi şəkildə üzr istəyib və bu kimi hadisələrin qarşısını almaq üçün təhlükəsizlik və test proseslərinin təkmilləşdiriləcəyini açıqlayıb.
Mütəxəssislər bu hadisəni müasir internetin struktur zəifliklərinin göstəricisi kimi dəyərləndirirlər. “Amazon Web Services” (AWS) platformasında baş verən oxşar nasazlıqdan sonra ardıcıl ikinci belə texniki problem, internetin cəmi bir neçə əsas infrastruktur təminatçısından nə qədər asılı olduğunu bir daha göstərib.
Qlobal veb-saytların təxminən 20%-nə xidmət göstərən “Cloudflare” kimi sistemlərdə yaranan hər hansı nasazlıq bütün rəqəmsal ekosistemi iflic etmək gücünə malikdir. Bu isə dövlətlər, özəl sektor və istifadəçilər üçün mühüm xəbərdarlıq siqnalıdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025