Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

Redaktor

08.12.2025 17:02
147

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

İsveçrənin “UBS” bankının yeni hesabatına əsasən, dünyada milyarderlərin sayı 2 919 nəfərə çatıb.

Valyuta.az xəbər berir ki, bu, ötən illə müqayisədə 8,8% artım deməkdir.

Hazırda milyarderlərin ümumi sərvəti təxminən 15,8 trilyon dollar təşkil edir. Ümumi sərvət bir il ərzində təxminən 13% artıb ki, bu da həm yeni milyarderlərin meydana çıxması, həm də mövcud milyarderlərin var-dövlətinin artması ilə əlaqələndirilir.

2025-ci ildə siyahıya 287 yeni milyarder əlavə olunub. Onların təxminən 70%-i sərvətini şəxsi təşəbbüsləri nəticəsində əldə edib. 91 nəfər isə sərvətini miras yolu ilə qazanıb. Onların arasında Almaniyadakı tanınmış əczaçılıq ailələrinin nümayəndələri də var. Hesabatda qeyd olunur ki, növbəti 15 il ərzində təxminən 5,9 trilyon dollar dəyərində sərvətin varislərə ötürüləcəyi proqnozlaşdırılır.

Milyarderlərin say və sərvət artımına təsir edən əsas amillərdən biri texnologiya sektorudur. Süni intellekt sahəsindəki inkişaf və bu texnologiyalarla bağlı səhmlərin bahalaşması milyarderlərin sərvətinə əhəmiyyətli dərəcədə təsir edib. “Nvidia”, “Meta” və “Oracle” kimi şirkətlərin səhmlərinin qiymətindəki artım nəticəsində bu sahədə fəaliyyət göstərən milyarderlər böyük gəlir əldə ediblər.

ABŞ texnoloji şirkətlərindən ibarət “Möhtəşəm yeddi” qrupu - “Nvidia”, “Amazon”, “Apple”, “Meta”, “Microsoft”, “Google” və “Tesla” - 2025-ci ildə ümumilikdə 25%-lik səhm artımı ilə seçilib. Bu artım “Oracle”un qurucusu Lari Ellison və “Nvidia”nın baş direktoru Censen Xuana böyük qazanc gətirib. Ellison hazırda 274 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən varlı şəxsidir. Onun sərvəti il ərzində 104 milyard dollar artıb. Censen Xuan isə 159 milyard dollarlıq sərvətlə siyahıda doqquzuncu yerdə qərarlaşıb. Onun sərvəti son bir ildə 45 milyard dollar yüksəlib.

ABŞ milyarderlərin sayına görə liderliyini qoruyur. Hazırda bu ölkədə 924 milyarder yaşayır ki, bu da dünyadakı ümumi milyarderlərin təxminən üçdə birinə bərabərdir. 2025-ci ildə ABŞ-da 87 yeni self-made milyarder siyahıya daxil olub. Onların sırasında genetika və biotexnologiya sahəsində fəaliyyət göstərən “Colossal” şirkətinin həmtəsisçisi Ben Lamm və infrastruktur sərmayə firması “Stonepeak”in rəhbəri Maykl Dorrell də yer alır.

Hesabatda həmçinin vurğulanır ki, dünyadakı milyarderlərin 75%-i texnologiya və süni intellekti gənc nəsillər üçün əsas çağırışlardan biri kimi qiymətləndirir. Onlardan biri “UBS”ə açıqlamasında bildirib:
“Süni intellekti həm böyük fürsət, həm də çətinlik kimi görürəm. Sual budur ki, texnologiyanın cəmiyyətə xidmət etməsini necə təmin edək? İnsan təmasını - xüsusilə qonaqpərvərlik və gündəlik həyat kimi sahələrdə - texnologiya ilə necə əvəzləməyək?”

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...