İctimai iaşə sahəsində nağdsız dövriyyəyə vergi güzəşti nə qədər olacaq? - İzahat

Redaktor

02.12.2025 11:05
283

İctimai iaşə sahəsində nağdsız dövriyyəyə vergi güzəşti nə qədər olacaq? - İzahat

Məlum olduğu kimi, vergi qanunvericiliyinə əsasən, 2024-cü il yanvarın 1-dən etibarən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada, POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.

Bu optimallaşmanın davamı olaraq, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün də oxşar güzəştlərin tətbiqi nəzərdə tutulur. Belə ki, həmin şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirilən ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.

Valyuta.az xəbər verir ki, bununla yanaşı, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə subyektləri üçün POS-terminal vasitəsilə həyata keçirilən nağdsız dövriyyə üzrə vergi dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.

Dəyişikliyin tətbiqi aşağıdakı nümunə ilə izah olunur: İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin bir ay ərzində göstərdiyi xidmətlərin ümumi dəyəri 50 min manat təşkil edib. Bu məbləğin 10 min manatı nağd, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödənilən və əvəzləşdirilən ƏDV-nin məbləği 3 min manat təşkil edib. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği əvvəl 6 min manat olduğu halda, dəyişiklikdən sonra 2.400 manat təşkil edəcək.

Başqa bir nümunədə isə ictimai iaşə sahəsində sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri eyni qaydada 50 min manat olub. Bu məbləğin 10 min manatı nağd, 40 min manatı isə nağdsız qaydada ödənilib. Əvvəllər bu halda sadələşdirilmiş verginin məbləği 4 min manat olduğu halda, dəyişiklikdən sonra 3.200 manat təşkil edəcək.

Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisinin artması sahibkarlar üçün vergi yükünün azalmasına və əlavə qazanc imkanlarının yaranmasına səbəb olacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...