Redaktor
İrəm Çağrı Yılandil: “Trendyol” 50 min satıcı və 20 milyon müştərini birləşdirir"
Hazırda “Trendyol” Türkiyə bazarında 50 min satıcı və 20 milyon müştərini birləşdirir. 5 il əvvəl onlayn pərakəndənin ümumi ticarətdə payı 10% olduğu halda, bu gün göstərici 20%-ə yüksəlib.
Valyuta.az xəbər verir ki, bunu “Trendyol Azərbaycan”ın Beynəlxalq genişlənmə üzrə rəhbəri İrəm Çağrı Yılandil İnmerge İnnovasiya Sammitində çıxışı zamanı bildirib.
O əlavə edib ki, iki il əvvəl beynəlxalq fəaliyyətə başlayan şirkət artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Gürcüstan, Azərbaycan, Sloveniya, Yunanıstan və Bolqarıstan kimi bazarlarda mövcuddur.
İ.Yılandilin sözlərinə görə, Rumıniyada 10-12%, Səudiyyə Ərəbistanında 9%, Mərkəzi Asiyada isə 5-7% olaraq, onlayn pərakəndənin payı hələ də aşağıdır: “Bu rəqəmlər böyük inkişaf potensialına işarədir”.
İ.Yılandil bildirib ki, müştəri etimadını qazanmaq üçün hər bazarda yerli xüsusiyyətlərə uyğun addımlar atılır: “Məsələn, Azərbaycanda “Birbank” ilə birlikdə həyata keçirilən hissəli ödəniş kampaniyaları və bonus proqramları müştəri loyallığını artırır və elektron ticarətin inkişafını sürətləndirir".
Məhz şirkətin strateji planı da regionda istehlakçı etibarını gücləndirmək və rəqəmsal ticarətin payını artırmaqdır,"- deyə o qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025