Redaktor
Ünvanlı sosial yardımın məbləği artırılacaq
Gələn il ölkə üzrə yaşayış minimumu 15 manat artırılacaq. Bu, "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində öz əksini tapıb. Belə ki, növbəti ildən yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Bəs bu artım sosial müavinətlərə və pensiyalara necə təsir edəcək?
Valyuta.az xəbər verir ki, İqtisadçı Eldəniz Əmirovun Metbuat.az-a açıqlamasına görə, yaşayış minimumunun artması avtomatik olaraq bütün sosial ödənişləri artırmır, lakin bəzi ödənişlərə təsir göstərir. Çünki Azərbaycanda sosial ödənişlərin böyük hissəsi yaşayış minimumuna deyil, minimum əmək haqqına və ya ayrıca müəyyən edilmiş baza məbləğlərinə bağlıdır:
“Yaşayış minimumunun artması əsasən aztəminatlı ailələrin aldığı ünvanlı dövlət sosial yardımına birbaşa təsir göstərir. Məsələn, yaşayış minimumu 300 manata qalxıbsa, yardımın hesablanmasında istifadə edilən minimum təminat məbləği də avtomatik artır. Nəticədə, ünvanlı sosial yardım alan ailələrin aldıqları məbləğ yüksəlir. Eyni zamanda bəzi hallar ola bilər ki, əvvəlki qaydalara görə yardım ala bilməyən hansısa ailə, artımdan sonra yeni meyarlara uyğunlaşdığı üçün artıq yardım almaq hüququ qazanır”.

E.Əmirov qeyd edib ki, pensiyaların artması isə fərqli mexanizmlə baş verir:
“Pensiyaların artması, əsasən, əvvəlki ildə orta aylıq əməkhaqqının artım dinamikasına uyğun şəkildə bütün əmək pensiyalarının indeksləşdirilməsi hesabına həyata keçirilir”.
Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində olub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025