Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

Redaktor

08.12.2025 18:46
155

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

Avstraliya mənşəli “Airwallex” şirkəti 330 milyon dollarlıq G seriyası sərmayə turunu yekunlaşdırıb. Bu mərhələyə “Addition” investisiya şirkəti rəhbərlik edib.

Valyuta.az xəbər verir ki, sərhədlərarası gəlir idarəçiliyinə fokuslanan “Airwallex” daha əvvəl, 2021-ci ilin martında 100 milyon dollar sərmayə cəlb etmişdi.

Son sərmayə turunda “T. Rowe Price”, “Activant”, “Lingotto”, “Robinhood Ventures” və “TIAA Ventures” kimi investorlar da iştirak ediblər.

2015-ci ildə təsis edilən şirkətin bazar dəyəri 8 milyard dollara yüksəlib. Yeni cəlb edilən vəsait ABŞ bazarında fiziki genişlənmə, insan resurslarına sərmayə və süni intellekt əsaslı məhsulların inkişafı məqsədilə istifadə olunacaq.

“Airwallex” beynəlxalq pul köçürmələri, çoxvalyutalı hesablar, qlobal ödəniş qəbulu, fakturalaşdırma, korporativ kartlar və xərc idarəçiliyi kimi funksiyaları ənənəvi banklarla müqayisədə daha sürətli və çevik texnoloji infrastruktur üzərindən təqdim edir. Şirkətin hazırladığı sistemlər sayəsində müəssisələr fərqli ölkələrdə fiziki varlıq yaratmadan yerli bank hesablarına bənzər hesablar aça, valyuta xərclərini azaldaraq nağd pul axınını optimallaşdıra bilirlər.

“Airwallex”in təsisçiləri Cek Can, Yakob Day, Ki-Lok Vonq, Lüsi Yuetin Lyu və Maks Li olub.

Şirkət son dövrlərdə maliyyə şöbələrinin avtonomlaşdırılmasına xüsusi diqqət yetirir. Süni intellekt texnologiyası əsasında hazırlanmış agentlər xərc nəzarəti, siyasət idarəçiliyi və mühasibatlıq axınları da daxil olmaqla onlarla prosesi avtomatik şəkildə yerinə yetirməklə, maliyyə əməliyyatlarının daha sürətli və səhvsiz idarəsini hədəfləyir.

“Airwallex” texnologiyasını modern bizneslərin bütün qlobal maliyyə əməliyyatlarını vahid platforma üzərindən idarə etməsi üçün təkmilləşdirir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...