Redaktor
Startap qurmaq Azərbaycanda gənclərin işə qəbulunu asanlaşdırır?
Qlobal təcrübədə böyük şirkətlərdə çalışanlar zamanla korporativ sektordan ayrılaraq öz startaplarını qurur və müəyyən müddət bu sahədə fəaliyyət göstərirlər. Daha sonra yenidən qlobal şirkətlərdə işləmək istədikdə isə bu şəxslərin qurduqları startaplar və biznes cəhdləri işəgötürənlər tərəfindən müsbət qarşılanır.
Bəs Azərbaycanda şəxsin qurduğu startap və ya biznes təşəbbüsü işə qəbul zamanı ona nə dərəcədə kömək edir? İşəgötürənlər bu təcrübəni - yəni namizədin startap qurmuş olması və biznes cəhdlərini nəzərə alırmı?
Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, öz şirkətini qurmuş şəxslər işə qəbul prosesində, hətta uğursuz olmuş olsalar belə, ağıllı biznesmenlər tərəfindən dəyərli namizəd kimi qiymətləndirilir:
"Çünki bu insanlar ciddi risklərə girərək mühüm təcrübə qazanırlar. Onların düşüncə tərzindən və riskə meyilliliyindən faydalanmaq, şirkətlərin inkişafına müsbət təsir göstərə bilər. Təəssüf ki, Azərbaycanda təşəbbüskar namizədlərə münasibət bəzən ehtiyatla olur. Bəzi işəgötürənlər bu şəxslərin gələcəkdə işdən ayrılıb öz bizneslərini qurmaq ehtimalını risk kimi dəyərləndirirlər. Bu səbəbdən təşəbbüskar təcrübəyə malik namizədlərə müəyyən məsafədən yanaşılır. Bu tendensiya yalnız kiçik sahibkarlıq subyektlərində deyil, iri korporativ strukturlarda da müşahidə olunur. Startap təcrübəsi olan şəxslərlə apardığımız söhbətlər göstərir ki, işə qayıtmaq istədikdə onlar bəzən neqativ yanaşmalarla qarşılaşırlar. Şirkətlər belə namizədlərin ideya oğurlayacağı və ya maaşlı əməkdaş olaraq gözlənilən performansı göstərməyəcəyi qənaətində ola bilirlər. Nəticədə, bu şəxsləri işə qəbul etməkdə tərəddüdlər yaranır".

İnsan Resursları üzrə mütəxəsis Ayşən Həmidsoy isə qlobal təcrübədə startap yaratmaq namizəd üçün ciddi üstünlük hesab olunduğunu qeyd edib:
"Bu proses liderlik, çeviklik, məsuliyyət və problem həll etmə bacarıqlarının inkişafına töhfə verir. Azərbaycanda ənənəvi şirkətlər hələ də korporativ təcrübəni üstün tutsalar da, son illərdə innovasiyaya açıq və nəticəyə yönəlmiş müəssisələr startap təcrübəsini müsbət göstərici kimi dəyərləndirirlər. Bu, namizədin təşəbbüskar və geniş dünyagörüşünə malik olduğunu göstərir. Startap fəaliyyəti və biznes təşəbbüsləri ölkəmizdə də işə qəbul zamanı nəzərə alınır. Düzgün şəkildə təqdim olunduqda bu təcrübə namizədə əlavə üstünlük qazandıra bilər".

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025