Redaktor
Yerli onlayn ticarət saytları niyə populyar deyil?
Son dövrlər sosial şəbəkələrdə yerli onlayn alış-veriş saytlarının reklamlarına tez-tez rast gəlinir. Həmin saytlara daxil olarkən isə, orda satış üçün təklif edilən məhsulların qiymətlərinin uyöun olduğu görünür. Lakin ölkəmizdə yerli onlayn alış-veriş saytlarından çox xarici onlayn saytlar populyardı.
Bunun səbəbi nədir? Bu insanların inamsızlığı, yoxsa, marketinq siyasətinin zəifliyi ilə bağlıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bunun səbəbi ölkədə qeyri-neft sektorunun inkişaf etməməsidir:
“Özəl sektor zəif inkişaf edir. Məsələn, biz kənd təsərrüfatında pambığı xammal şəklində satırıq. Özümüz paltar istehsal etmirik. Ona görə də özümüz satacağımız hansısa bir məhsulumuz yoxdur. Belə olanda, nəyi sataq, nəyi reklam edək”.
İqitsadçı əlavə edib ki, onlayn saytların yaradılması böyük investisiya tələb edir: “Həmin saytlar isanlara çatmaq üçün reklama böyük pullar xərcləyir. Bu saytların da az olması insanların inamsızlığı ilə deyil, iqtisadiyyatımızın zəif olması ilə bağlıdır. Onlar ölkədə istehsal edilən hansısa bir məhsulu satmalıdır ki, onların da marjaları olsun, bununla da öz işçi, reklam xərclərini qarşılaya bilsinlər”.

Ölkəmizdə beynalxalq onlayn satış saytlarının daha çox populyar olma səbəbləri haqqında danışan Xalid Kərimli bildirib ki, belə satış saytları daha çox öz ölkələrində istehsal edilən məhsulları satırlar, yaxud da sənayesi güclü olan, ixracatçı ölkələrə məxsusdur: “Xaricə ixrac etdiyimiz məhsullar daha çox əmtəə hesab olunur. Biz neft, qızıl, elektrik enerjisi satırıq”.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025