Redaktor
BMW-nin yeni CEO-su kimdir?
Bildiyimiz kimi ötən günlərdə BMW Group-un İdarə Heyətinin yeni sədri (CEO) bəlli oldu. Şirkətin Müşahidə Şurasının qərarına əsasən, hazırda istehsala cavabdeh olan İdarə Heyətinin üzvü Milan Nedeljkovic 2026-cı il mayın 14-dən etibarən BMW Group-un yeni Baş icraçı direktoru və İdarə Heyətinin sədri olacaq.
Valyuta.az xəbər verir ki, o, bu vəzifədə Oliver Zipseni əvəz edəcək.
Qeyd edək ki, Milan Nedeljkovic ilə imzalanan CEO müqaviləsi 2031-ci ilə qədər qüvvədə olacaq. Bu da BMW-nin ona uzunmüddətli strateji etimad göstərdiyini deməyə əsas verir.
BMW-də 30 ildən çox karyera yolu
Hazırda 56 yaşı olan Milan Nedeljkovic BMW-də 30 ildən artıq təcrübəyə malikdir. O, 1993-cü ildə şirkətə Münhen zavodunda təcrübəçi (trainee) kimi qoşulub və illər ərzində texniki və idarəetmə pillələri ilə yüksələrək ən yüksək rəhbərliyə qədər irəliləyib.
Təhsili və ilk illər
Milan Nedeljkovic 1988-1993-cü illərdə Almaniyanın nüfuzlu RWTH Aachen Universitetində maşınqayırma mühəndisliyi üzrə təhsil alıb. Daha sonra ABŞ-də "Massachusetts Institute of Technology" (MIT)-də akademik fəaliyyət göstərib.
2004-cü ilə qədər isə Münhen Texniki Universitetində (TUM) doktorantura təhsilini tamamlayaraq metal formalaşdırma və tökmə texnologiyaları üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

BMW-də əsas vəzifə mərhələləri
Milan Nedeljkovicin BMW-də karyerası əsasən istehsal və keyfiyyət sahələrini əhatə edib:
1994-1999 - Pres və kuzov sexlərində planlama və istehsal prosesləri
1999-2006 - Münhen və Regensburg zavodlarında rəhbər vəzifələr
20060-2010 - MINI Oxford zavodunda boyama sexinin rəhbəri
2010-2013 - Leypsiq BMW zavodunda yığım rəhbəri və zavod direktoru
2015-2018 - BMW-nin əsas istehsal mərkəzlərindən biri olan Münhen zavodunun direktoru
2018-2019 - Qlobal korporativ keyfiyyət üzrə rəhbər
2019-cu ildən - BMW Group İdarə Heyətinin üzvü, istehsala cavabdeh direktor
“Neue Klasse” və elektromobillərə keçid strategiyası
2019-cu ildən istehsala rəhbərlik edən Nedeljkovic BMW-nin elektromobillərə keçid prosesinin əsas fiqurlarından biri hesab olunur. Onun rəhbərliyi dövründə şirkət:
Dünyanın 15 ölkəsində yerləşən 31 istehsal müəssisəsini əhatə edən qlobal istehsal şəbəkəsini yenidən strukturlaşdırıb
Daxili yanma mühərriklərinin istehsalını seçilmiş zavodlarda cəmləşdirib
Digər zavodları isə tam elektrikli “Neue Klasse” platformasına uyğunlaşdırıb
BMW-nin yaxın illərdə təqdim edəcəyi Neue Klasse modelləri məhz bu strategiyanın mərkəzində dayanır.

Niyə məhz Nedeljkovic?
Analitiklər bildirirlər ki, BMW-nin kənardan “vizioner” CEO gətirmək əvəzinə, daxildən istehsal yönümlü rəhbəri seçməsi təsadüfi deyil.
Şirkət hazırda əsas diqqəti:
elektromobil istehsalının sürətlə artırılmasına,
keyfiyyət və xərclərə nəzarətə,
Çin istehsalçıları ilə rəqabətə,
qlobal iqtisadi qeyri-müəyyənliklərin idarə olunmasına yönəldib.
BMW Müşahidə Şurasının açıqlamasında qeyd olunub ki, Milan Nedeljković “strateji baxışı, güclü icra bacarığı və komandaları motivasiya etmək qabiliyyəti” ilə seçilir.
Texniki liderlik və idarəetmə balansı
Şirkətin Debretsen (Macarıstan) şəhərində açılan yeni iFACTORY zavodunun təqdimatı zamanı Milan Nedeljkovicin texniki bilikləri və aydın idarəetmə üslubu xüsusilə diqqət çəkib. Müşahidəçilərə görə, BMW-nin transformasiya dövründə bu cür balanslı liderlik həlledici rol oynaya bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz
15.12.2025DTX Balakənin icra başçısını belə həbs edib - VİDEO
15.12.2025Dərman istehsalında 5 milyonluq artım - Statistika
15.12.202561 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025