Niyə qazanırıq, amma irəli getmirik?
24.11.2025 19:30
1,546

Niyə qazanırıq, amma irəli getmirik?

İsmayıl Məmmədov

Maliyyə eksperti

Əldə etdiyimiz gəlir çox vaxt biz fərqinə varmadan əriyib gedir - bir az gündəlik xərclərə, bir az gözlənilməz ehtiyaclara, bir az da vaxtında ödənilməyən borclara. Sonda isə özümüzə verdiyimiz sual eynidir: “Gəlirim var idi, amma hara getdi?” Bu sual əslində bir siqnaldır - şəxsi büdcənizi planlamadan idarə etdiyinizin xəbərdarlığı. 

Çoxumuz niyə pulun haraya getdiyini xatırlamırıq?

Azərbaycan ailələrinin böyük hissəsi hər ay eyni dövrü yaşayır: maaş daxil olur - bir neçə gün rahatlıq - ayın sonu gərginlik.

Bu, yalnız büdcə çatışmazlığı deyil; bu, iqtisadiyyatın mikro-poviyyədə davranış böhranıdır.

Pulun idarə edilməsində üç fundamental boşluq var:

1. Pulun haraya xərcləndiyini izləməmək.

2. Qənaəti qalıq prinsipinə buraxmaq.

3. Borcun istehlak üçün istifadə olunması.

Yəni problem maaşın azlığı deyil, pulu yönləndirmə bacarığının zəifliyidir.

Sosial Reallıq: Bizdə pul xərcləmək, pul qazanmaqdan daha emosional prosesdir.

Azərbaycan cəmiyyətində pulun funksiyası yalnız iqtisadi vasitə deyil; o, status göstəricisi, özünüifadə forması, sosial müqayisə alətidir.

Bahalı telefonun kreditlə alınması, toylara borc götürülməsi, maşın alıb təmirə pul çatdırmamaq - bunlar iqtisadi yox, psixoloji qərarlardır.
Hər ay maaş alırıq. Bir neçə gün sonra kartda sadəcə 2 manat 40 qəpik qalır.

Özümüzə eyni sualı veririk: “Axı mən nə xərclədim?”

Bunun cavabı çoxlarının düşündüyü kimi "maaş azdır" deyil. Problem çox vaxt plan, prioritet və maliyyə davranışıdır.

Bu artıq fərdi vəziyyət yox, kütləvi iqtisadi davranış modelidir.

Bir araşdırmada (şəxsi mülki tədqiqatda) 18–35 yaş arası kreditlə telefon alan şəxslərlə müsahibə aparmışıq. Nəticə şok edicidir:

Telefonun qiyməti: 2500-4500 manat
Aylıq gəlir: 600-1200 manat

Nəticə:

İnsanların 40%-i telefonun kreditini ödəyir, amma internet paketinə pul çatmır.

Bir nəfər 18 min manata ikinci əl maşın alır. Pulun 70%-i kredit + dostdan borc. 3 ay sonra:

> Maşın dayandı, çünki yağ,15 min km dəyişdirilmədi və mühərrik sıradan çıxdı.

Baxım xərci → 2300 manat
Kredit ödənişi → Hələ də davam edir.

IFC (Beynəlxalq Maliyyə Korporasiyası) tərəfindən aparılmış “İnkişaf modelləri üçün borclanma davranışı” tədqiqatına görə:

Sorğu iştirakçılarının ciddi hissəsi borcu “ailə təyinatlı xərclər” üçün götürür — yalnız işgüzar fəaliyyət üçün deyil.

Regionlar üzrə fərqlilik mövcuddur: Baku və digər bölgələrdə borc götürənlərin profilləri və borc geri ödəmə problemləri müxtəlifdir.

Tədqiqatda göstərilir ki, respondentlərin çoxu (xüsusilə kənd və kiçik şəhərlərdən) “gündəlik büdcə təzyiqləri” səbəbindən borca meyllidir.

Eyni zamanda, borcun ailə münasibətlərinə mənfi təsiri qeyd olunur: respondentlərin bir hissəsi borcun ailədə gərginliyə səbəb olduğunu bildirir.

Büdcə Planlamasının Paradoksu: Biz xərcləyirik, sonra düşünürük.

Optimal model belə olmalıdır:

Əvvəl ehtiyaclar → sonra qənaət → sonra istəklər.

Amma çox ailədə mexanizm belə işləyir:

Maaş gəlir → istəklər xərclənir → qalıq varsa ehtiyaclar → borc çıxanda panika

Bu, büdcənin təbii deyil, reaktiv olmasıdır.

Yəni insanlar büdcəni idarə etmir, büdcə onları idarə edir.

İnsan beyni xərcləmə qərarlarında üç impulsla hərəkət edir:

Dərhal həzz (Immediate Reward) Gələcək qənaət gözardı edilir.

Sosial müqayisə

Nə ehtiyacdır, nə də prioritetdir, sadəcə statusdur.

Optimistik səhv (“sonra ödəyərəm”)  

Borc yığılır, plan pozulur.

Büdcə Necə Qurulmalıdır?

Real gəlirinə uyğun struktur təqdim edirəm.

60/20/20 Strukturu (Azərbaycan üçün adaptasiya)

Kateqoriya - Məbləğ-  Məntiq

60% — Ehtiyaclar

Kirayə, ərzaq, yol, sağlamlıq və yaşamaq üçün20% — Qənaət + Borc   

Təcili fond, investisiya, borc bağlamaq və gələcək üç2n

20% — İstək və Komfort    Kafe, hədiyyə, səyahət, hobi və həyatdan zövq üçün

Bu modeli işlədən şəxslərdə:

təzyiq azalır.
borc yükü yüngülləşir.
psixoloji toxluq artır.
pulun hara getdiyi aydın olur.

Borc: Düşmən deyil, yanlış istifadə olunanda fəlakətdir.

Borc yalnız üç halda məntiqlidir:

Təhsil - Gəlir artırır

Biznes və aktivlər dəyər yaradır.

Ev - uzunmüddətli kapital

Qalan bütün sahələrdə borc gələcək maaşın bu gün xərclənməsidir.

Pulun miqdarı deyil, pulun istiqaməti rifah yaradır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...