Redaktor
"Nvidia"nın rəhbərindən intellektlə bağlı sərt açıqlama: "Dəli olmusuz?"
Süni intellekt nəhəngi olan "Nvidia"nın baş direktoru Censen Huan şirkət daxilində süni intellektdən (Al) istifadəyə qarşı yaranan müqavimətə sərt reaksiya verib və avtomatlaşdırılması mümkün olan bütün işlərdə AI istifadəsinin məcburi olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, Huan artan AI istifadəsi səbəbilə işini itirməkdən narahat olanlara da açıq mesaj göndərib.
"Nvidia"nın rekord maliyyə nəticələrini açıqlamasından sonra keçirilən toplantıda çıxış edən Huan, avtomatikləşdirilə bilən hər tapşırığın süni intellekt sistemlərinə həvalə edilməli olduğunu deyib.
Huan süni intellekt istifadəsinin iş yerlərini təhdid edə biləcəyi barədə narahatlıqları kənara qoyduğunu və bu texnologiyadan bilərəkdən uzaq durmağın real olmadığını vurğulayıb.
Onun sərt reaksiyası şirkət daxilindən gələn məlumatlara əsaslanır. Huan bəzi menecerlərin komanda üzvlərinə AI alətlərindən daha az istifadə etməyi tövsiyə etdiyini eşidəndə təəccübləndiyini gizlətməyib.
"Nvidia"da bəzi rəhbərlərin işçilərə daha az AI istifadə etmələrini dediyini başa düşürəm. Dəli olmusuz?", deyən Huan bu tövsiyələrin əsassız və yanlış istiqamətləndirici olduğunu qeyd edib.
Huanın mesajı belədir: "Avtomatlaşdırılması mümkün olan hər bir işin süni intellektlə avtomatlaşdırılmasını istəyirəm. Sizə söz verirəm, görüləcək işiniz yenə olacaq".
Huanın sərt açıqlamaları süni intellekt sahəsinə edilən böyük xərcləmələrin nə qədər davamlı ola biləcəyi barədə investor şübhələrinin artdığı bir dövrə təsadüf edir.
O bildirib ki, şirkətin performansı necə olur-olsun bazarda mənfi şərhlərlə qarşılanır: "Şirkət möhtəşəm bir rüb keçirdi, amma səhmlər ertəsi gün düşdü".
Huana görə, bunun səbəbi bazarın AI tələbinin davamlılığına dair şübhələrdir. Güclü nəticələr belə hədsiz nikbinlik kimi qəbul edilir, ən kiçik zəiflik isə dərhal “köpüy” iddialarını alovlandırır.
Bazarın tərəddüdlərinə baxmayaraq, Huan əməkdaşlarına AI sistemləri bəzi hallarda tam etibarlı olmasa belə istifadəni davam etdirməyi tapşırır. Onun fikrincə, israrlı istifadə nəticələri yaxşılaşdıracaq. "Nvidia" mühəndisləri artıq kodlama köməkçisi olan "Cursor" kimi alətlərdən istifadə edir və CEO bu cür vasitələrin gündəlik iş axınlarına inteqrasiya edilməli olduğunu bildirir.
Bu yanaşmanı yalnız "Nvidia" qəbul etmir. "Microsoft", "Meta", "Google" və "Amazon" kimi texnologiya nəhəngləri də əməkdaşlarını təkrarlanan ofis tapşırıqlarında süni intellektin istifadəsinə yönəldir. "Nvidia"nın mesajı texnologiyanın artıq seçim deyil, zərurətə çevrildiyi geniş miqyaslı sektor dəyişikliyini əks etdirir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025