Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri
Hər birimizin iş həyatında və peşəkar münasibətlərimizdə müəyyən gözləntiləri var. Layihələrin uğurla tamamlanması, qarşılıqlı etimadın qurulması, öhdəliklərin qüsursuz yerinə yetirilməsi... Lakin bəzən bu gözləntilərlə reallıq arasında məyusedici dərəcədə böyük fərqlər ola bilər. Bəs heç düşündükmü: gözləntilərimizin qarşılanması üçün biz öz rolumuzu nə dərəcədə düzgün oynayırıq? Əgər bir iş münasibətində işlər qaydasında getmirsə, keyfiyyət aşağıdırsa, əməyin mühafizəsinə laqeyd yanaşılırsa - bu yalnız qarşı tərəfin günahıdırmı? Yoxsa biz öz üzərimizə düşəni lazım olduğu kimi yerinə yetirmişikmi?
Bu sualı səmimi şəkildə özümüzə vermədən başqalarını tənqid etmək asandır. Halbuki ən çətin, lakin ən vacib addım özümüzə qarşı mərhəmətsiz bir şəkildə özünü tənqid etməkdir. Çünki gün gələcək, görülən işin hesabatı tələb olunanda, heç kim bizə “niyyətin yaxşı idi” deyə güzəşt etməyəcək. Vaxt varkən, daxili hesablaşmamızı aparmalı, öz mövqeyimizi nəzərdən keçirməliyik.
Bəzi iş münasibətləri bir cür düzəlmir. Keyfiyyət problemləri və əməyin mühafizəsi ilə bağlı çatışmazlıqlar nəzarət altına alına bilmir. Ən pisi isə odur ki: işi yaxşı görənlə zəif yerinə yetirən arasında heç bir fərq qoyulmur. Nə bir təşviq var, nə də cəza. Belə bir şəraitdə səhv edən şəxsin düzələcəyini gözləmək realizm deyil, romantizmdir.
Hamımız verdiyimiz qərarların nəticələrini yaşayırıq. Geri dönüb təəccüblənmək yalnız özümüzü aldatmaqdır. Əgər həqiqi dəyişiklik istəyiriksə, bu gün bizi narahat edən, lakin vacib qərarları almaqdan qaça bilmərik. Çünki bu gün göz yumduğumuz kiçik problemlər sabahın böyük böhranlarına çevriləcək. Bu gün edilən xəbərdarlıqlar nəzərə alınmadıqda, sabah risk gerçəkləşəndə, “biz xəbərdarlıq etmişdik” deməyin heç bir mənası qalmayacaq.
Layihə idarəçiliyində və ümumiyyətlə həyatda ən mühüm resurs zamandır. Keyfiyyət və maliyyətlə bağlı problemləri müəyyən dərəcədə kompensasiya etmək olar, lakin itirilmiş zamanı geri qaytarmaq mümkün deyil. Məhz buna görə layihələrdə ən təcrübəli şəxslərə ehtiyac duyulur. Çünki təcrübə – səhv etməmək deyil, səhvlərdən dərs çıxarmaqdır.
Zamana qarşı yarışılan işlərdə düzgün diaqnoz qoyulan kimi operativ tədbirlər görülməlidir. Əks halda problem böyüyəcək, təsiri isə daha dərin olacaq. Nəticə etibarilə məsələ yenə də eyni sualda cəmlənir: bu gün çətin qərarlar verərək asan gələcəkmi quracağıq, yoxsa bu günkü rahatlıq naminə sabah çətin bir həyatla üzləşəcəyik? Qərar sizin.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025