Redaktor
Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
Çinin ən böyük mədən konsernlərindən biri olan “CMOC Group” Braziliyada bir neçə qızıl yatağına nəzarət edən “Equinox Gold Corp”un biznesini almaq üçün 1 milyard dollarlıq saziş bağlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Razılaşmaya əsasən, Çin şirkəti “Equinox”un Braziliyadakı aktivlərini idarə edən iki qurumun – “Leagold LatAm Holdings BV” və “Luna Gold Corp.”un tam mülkiyyət hüququnu əldə edəcək. “Equinox” bu satışdan 900 milyon dollar nağd vəsait alacaq, həmçinin sövdələşmə bağlandıqdan bir il sonra 115 milyon dollar məbləğində şərti ödəniş nəzərdə tutulur.
“CMOC” dünyanın ən sürətlə böyüyən mədən oyunçularından biri hesab olunur. Şirkət 2023-cü ildə “Glencore Plc”i geridə qoyaraq dünyanın ən böyük kobalt istehsalçısına çevrilib və eyni zamanda əhəmiyyətli mis aktivlərinə malikdir. Sənaye metalları üzrə yüksək qiymətlər fonunda “CMOC” güclü maliyyə nəticələri göstərir və bu ilin əvvəlində mis, qızıl və “kiçik metallar” adlandırılan sahələrdə birləşmə və satınalmalar üzərində fokuslanacağını açıqlamışdı.
Bazar reaksiyası da özünü göstərib: bazar ertəsi Honkonq birjasında “CMOC”un səhmləri 3,4 faiz bahalaşıb, iyunun sonundan bəri isə dəyəri iki dəfədən çox artıb.
Qeyd olunur ki, bu il qızılın qiyməti investisiya aktivlərinə artan tələbat səbəbindən təxminən üçdə iki nisbətində yüksələrək tarixi maksimumlara çatıb. Mis qiymətləri də yüksək istehlak və mədənlərdə fasilələr fonunda 30 faizdən çox artaraq rekord səviyyəni görüb.
Xatırladaq ki, “CMOC” bu ilin əvvəlində Kanadaya məxsus “Lumina Gold Corp.”u 581 milyon Kanada dollarına (təxminən 422 milyon ABŞ dolları) alaraq Ekvadordakı ən böyük ilkin qızıl yatağına çıxış əldə edib.
Hazırkı sövdələşmə “CMOC”a “Aurizona”, “RDM”, “Fazenda” və “Santa Luz” mədənləri üzərində tam nəzarət verəcək. Bu mədənlərin illik ümumi qızıl hasilatı təxminən 8 ton təşkil edir. Ekvadordakı mədənlərdən birinin işə düşməsindən sonra ümumi istehsal potensial olaraq 20 tondan çox arta bilər. Razılaşmanın gələn ilin birinci rübündə tamamlanması planlaşdırılır.
Analitiklərin fikrincə, Çinin qeyri-rəsmi qızıl alışları açıqlanan rəsmi göstəriciləri 10 dəfədən çox üstələyə bilər. Bu, ölkənin ABŞ dollarından asılılığı azaltmaq cəhdləri ilə izah olunur və qızıl qiymətlərinin rekord səviyyəyə qalxmasına təkan verir. Bəzi ekspertlər hesab edir ki, Çinin faktiki qızıl ehtiyatları təxminən 5000 ton təşkil edə bilər ki, bu da rəsmi rəqəmlərdən iki dəfə çoxdur.
Noyabr ayında Çin müasir tarixində ən böyük qızıl yatağını – Lyaonin əyalətində yerləşən Dadunqou yatağını kəşf edib. Ehtiyatlar 1 444 ton qızıl olaraq qiymətləndirilir. Bu, 1949-cu ildən bəri ən böyük tapıntı sayılır. Geoloqlar orta hesabla tonuna 0,56 qram qızıl tərkibli 2,586 milyon ton filiz aşkar ediblər. Bu həcmdə qızılın təxmini dəyəri 166 milyard avrodan çox qiymətləndirilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025