Redaktor
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.
Valyuta.az xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur. Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.
Qəssablar müxbirimizlə söhbət zamanı ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər: "Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub".
Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır. "Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq", - qəssab Teymur Səfərov belə deyib.
©Mətbuat.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025