Redaktor
Mehdiyevlərə məxsus şirkətdə qalmaqal: Bir kreditin 31 min manat xərci ola bilərmi? - FOTO
Vətəndaş Əliyev Bəhruz Şahmurad oğlunun “BTB LEASING” ASC-nin vəzifəli şəxsi tərəfindən aldadılaraq xeyli miqdarda pulunun ələ keçirilməsi haqda məlumat vermişdik.
Valyuta.az Teleqraf.az-a istinadən xəbər verir ki, vətəndaş aldadılması ilə bağlı prokurorluğa da müraciət edib.
Bəhruz Əliyev müraciətində bildirirdi ki, xeyli miqdarda vəsaiti şirkət tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən ələ keçirilib. Bəhruz Əliyev 2025-ci ilin yanvar ayında kredit götürmək üçün “BTB LEASING” ASC-yə müraciət edib. Mənzili girov qoyaraq kredit götürüb.
Girov qoyulan mənzil qardaşına məxsus olub. Kredit isə onun qaynının adına rəsmiləşdirilib. Rəsmi sənədlərdə 151.800 manat pul vəsaitinin lizinq alana verildiyi göstərilib. Lakin lizinq şirkətindən vətəndaşa ümumilikdə 120 min manat pul verilib.
Vətəndaş ASC-yə müraciət etdikdə vəzifəli şəxslər qalan 31.800 manatın sənədləşmə üçün xərclərə sərf olunduğunu bildiriblər.
Bəhruz Əliyevin sözlərinə görə, həmin xərclərlə bağlı onlara hər hansı sənəd təqdim olunmayıb: “İddia edilən xərclərlə bağlı bizə sadəcə şirkətin müdir müavini vəzifəsində işləyən Vüsal Nəsibovun əl ilə yazılmış qeyd vərəqəsi təqdim olunub.
Həmin qeyd vərəqəsindəki xərclərin ümumi cəmi belə 31.800 manat etmir. Etsə belə, orada qeyd olunan "Kasko gözləyən 3%" qeydinə görə tutulan 8.050 manat pul vəsaiti tamamilə bizim iradəmizdən kənar olub və bu barədə məlumatlandırılmamışıq. Məsələ ilə bağlı Vüsal Nəsibova dəfələrlə müraciət etmişik. Kobud rəftarla üzləşmişik. Dəfələrlə müraciət olunduqdan sonra bizə cəmi 6 min manat pul qaytarılıb. Qalan məbləği qaytarmaqdan imtina edirlər. Haqlı idilərsə, 6 min manatı geri niyə qaytarırdılar? Deməli, bu məbləğ qanunsuz olaraq tutulub. Vüsal Nəsibov "bizdə sistem belə işləyir, sizə əlavə pul verilməyəcək" deyir. Vüsal Nəsibov deyir ki, bu şirkətin sahibinə görə onlara heç kim müdaxilə edə bilmir”.
Bəhruz Əliyevə xərclərlə bağlı Vüsal Nəsibov tərəfindən verilən qeyd kağızını təqdim edirik.

Həmçinin məlum olub ki, kasko sığorta üçün min ödəniş alınsa da bununla da bağlı heç bir rəsmi sənəd mövcud deyil.
Xatırladaq ki, adı çəkilən lizinq şirkəti ilə bağlı bu, ilk problemli məsələ deyil. Daha əvvəl şirkətin Hüquq Departamentinin müdiri Ceyhun Əli-Zadə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Bildirək ki, adı çəkilən lizinq şirkəti 2017-ci ildə səhmlərinin 74,98%-i Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus “Bank BTB” ASC tərəfindən yaradılıb.

Fotoda Vüsal Nəsibov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025