Redaktor
Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
Britaniyalı startap "SPhotonix" elan edib ki, onların "5D yaddaş" texnologiyası laboratoriya sınaqlarını keçib və real istifadəyə yaxınlaşır.
Valyuta.az xəbər verir ki, "The Register" ilə müsahibəsində şirkət gələn iki il ərzində data mərkəzlərində şüşə "soyuq" yaddaş pilot sistemlərini işə salmağı planlaşdırdıqlarını bildirib.
"SPhotonix" 2024-cü ildə təsis olunub və Satqempton Universitetinin tədqiqatlarından inkişaf edib. Şirkət əridilmiş kvarts şüşəsindən disklər hazırlayır və məlumat femtosaniyə lazeri ilə yazılır.
Məlumat beş ölçüdə kodlaşdırılır: üç məkan koordinatı və bu strukturların orientasiyası və intensivliyi. Oxuma prosesi optik üsulla, qütbləşmiş işıqdan istifadə edilərək aparılır.
Şirkətin iddiasına görə, təxminən 5 düymlük bir şüşə disk 360 TB məlumat saxlaya bilər. Diskin ömrü isə fövqəladə uzun hesablanıb – 13,8 milyard il, yəni təxminən Kainatın yaşı qədər.
Həmçinin, yaddaş enerji tələb etmir, məlumat "hava boşluğu"nda saxlanılır ki, bu da texnologiyanı arxivlər və ehtiyat nüsxələr üçün xüsusilə maraqlı edir.
Lakin, hazırkı göstəricilərə görə, 5D yaddaş ənənəvi arxiv texnologiyalarından geri qalır. "SPhotonix" prototipləri məlumatı təxminən 4 MB/s sürətlə yazır və 30 MB/s sürətlə oxuyur. 3-4 il ərzində oxuma və yazma sürətinin 500 MB/s-ə çatması planlaşdırılır.
Avadanlığın ilkin qiyməti də yüksəkdir: yazma sistemi üçün təxminən 30 min dollar, oxuma qurğusu üçün isə təxminən 6 min dollar. "SPhotonix" bazar versiyalı oxuyucunu təxminən bir buçuk il ərzində təqdim etməyi planlaşdırır.
Ümumilikdə, startap artıq təxminən 4,5 milyon dollar investisiya cəlb edib və hazırda texnoloji hazırlıq səviyyəsini TRL 5-dən TRL 6-ya yüksəltmək üzərində çalışır, yəni laboratoriya nümayişindən real şəraitdə yoxlama mərhələsinə keçid edir.
Əvvəl bildirildi ki, "Atlas Data Storage" şirkəti dünyada ilk dəfə DNA əsasında məlumat saxlama texnologiyasını təqdim edib. Bu texnologiya uzunmüddətli məlumat saxlamaq üçün istifadə olunacaq.
Paşa Məmmədli
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025