Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib?

Redaktor

13.12.2025 15:10
418

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfəri çərçivəsində dünyanın aparıcı texnologiya şirkətləri olan AMD, “NVIDIA”“Meta” rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə əsas diqqət süni intellekt, yüksək hesablama texnologiyaları və regional rəqəmsal ekosistemin inkişafı məsələlərinə yönəlib.

Valyuta.az-ın verdiyi məlumata görə, Rəşad Nəbiyev AMD şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşdə Azərbaycanın süni intellekt sahəsində potensialının genişləndirilməsi və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə edib. Tərəflər AMD ilə birgə süni intellekt mərkəzlərinin yaradılması, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ səfəri çərçivəsində nazir həmçinin “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşüb. Rəşad Nəbiyev görüş barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, müzakirələr Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulmasıyüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası imkanlarını əhatə edib.

Bununla yanaşı, görüşdə suveren süni intellekt ekosisteminin əsas elementləri, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər də müzakirə olunub.

Nazirin ABŞ səfəri çərçivəsində növbəti görüşü “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru ilə baş tutub. “APA-Economics”in məlumatına görə, tərəflər rəqəmsal idarəetmə, innovativ həllərin tətbiqiregional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, bu görüşlər Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində qlobal texnologiya nəhəngləri ilə əməkdaşlığını genişləndirmək, eləcə də ölkənin regional texnoloji mərkəz kimi mövqeyini gücləndirmək məqsədi daşıyır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...