Redaktor
Şirkətlər niyə ASC-dən MMC-yə keçir?
Bəzən şirkətlərin Açıq Səhmdar Cəmiyyəti (ASC) statusundan imtina edib, Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərməyə başladığını görürük. Maraqlıdır, şirkətlər niyə ASC-dən MMC-yə keçirlər.
Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev Valyuta.az-a açıqlamasında ASC-dən MMC-yə keçidin arxasında duran əsas səbəbləri izah edib.
“MMC-də vergi və məsuliyyət yükü daha yüngüldür”
Ekspert bildirir ki, MMC-lərdə məsuliyyət daha məhduddur və vergi yükü ASC-lərlə müqayisədə nisbətən aşağıdır: “MMC-də hər kəs yalnız qoyduğu pay qədər məsuliyyət daşıyır. Dividend bölgüsü də daha çevikdir. ASC-də isə həm vergi, həm də korporativ idarəetmə baxımından öhdəliklər daha da ağırdır. Üstün cəhətləri olsa da, bir çox şirkət üçün ASC modelinin saxlanması kommersiya baxımından sərfəli olmur".
Dividend bölgüsü MMC-də daha sadədir
Rauf Qarayevin sözlərinə görə, sahibkarlar MMC-ni daha praktik hesab etmələrinin əsas səbəblərindən biri dividend prosesinin sadəliyidir: “MMC-də iştirakçı qoyduğu kapitalı dividend şəklində daha birbaşa və rahat şəkildə götürə bilir. ASC-də dividend bölgüsü çoxprosesslidir və hüquqi prosedurlar daha sərtdir. Sahibkarlar isə gəlirin bölgüsündə çevik sistemə üstünlük verirlər”.
Ekspert əlavə edir ki, MMC-də tez-tez rast gəlinən model belədir: sahibkar həm payçı, həm də direktor olur. Bu isə idarəetməni daha yüngülləşdirir.
ASC-nin idarə olunması daha baha başa gəlir
İqtisadçıya görə ASC-nin saxlanması üçün əlavə resurslar tələb olunur: “ASC-lərdə audit tələbləri, illik hesabatlılıq, korporativ strukturun saxlanması kimi xərclər çox olur. Bu səbəbdən kiçik və orta ölçülü şirkətlər ASC modelinin idarə edilməsində çətinlik çəkirlər. MMC-ni idarə etmək daha ucuz və daha çevikdir”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025