Dünyada dollar milyarderlərinin sayı artıb

Redaktor

04.12.2025 17:31
188

Dünyada dollar milyarderlərinin sayı artıb

2025-ci ilin aprel vəziyyətinə görə dünyada dollar milyarderlərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 287 nəfər artıb. 

Valyuta.az xəbər verir ki, bu, İsveçrənin UBS bankının araşdırmasından məlum olur.

Analitiklərin məlumatına görə, bu, araşdırmaların aparıldığı bütün dövrlərdə qeydə alınan ən böyük artımdır (2021-ci il istisna olmaqla - həmin ildə dünyada 416 yeni dollar milyarderi meydana çıxmışdı).

Hazırda dünyada 2 919 milyarder mövcuddur, onların arasında 2 545 kişi və 374 qadın var. Onların ümumi sərvəti bir il ərzində 13% artaraq 15,8 trilyon dollara çatıb.

UBS-in məlumatına görə, dollar milyarderlərinin ən çoxu ABŞ-da yaşayır (924 nəfər). İkinci yerdə Asiya-Sakit Okean bölgəsi, üçüncü yerdə isə Avropa, Yaxın Şərq və Afrika gəlir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...