Redaktor
Kripto və blokçeyn ekosisteminə dair 2026-cı il proqnozları açıqlanıb
ABŞ-nin aparıcı risk sermayəsi şirkətlərindən Andreessen Horowitz (a16z) kripto və blokçeyn ekosisteminə dair 2026-cı il proqnozlarını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin kripto istiqaməti üzrə bölməsi olan “a16z crypto” tərəfindən yayımlanan hesabatda sabit koinlər, tokenizasiya, süni intellekt agentləri, gizlilik texnologiyaları və proqnoz bazarları kimi əsas trendlər ön plana çıxarılıb.
Sabit koinlər internetin ödəniş bazasına çevrilir
Valyuta.az xəbər verir ki, hesabatda sabit koinlərin artıq niş kripto aləti olmaqdan çıxaraq internetin əsas ödəniş infrastrukturuna çevrilməyə başladığı vurğulanır. Bildirilir ki, 2024-cü ildə sabit koinlər üzrə 46 trilyon dollar həcmində əməliyyat aparılıb ki, bu da PayPal göstəricilərini təxminən 20 dəfə, Visa-nı isə 3 dəfə üstələyir. Yeni nəsil həllərin yerli ödəniş şəbəkələri, QR kodlar və real vaxtlı köçürmələrlə inteqrasiyası sabit koinlərin gündəlik istifadəsini sürətləndirir.
Tokenizasiya yeni mərhələyə keçir
"a16z" analitikləri böyük maliyyə institutlarının tokenizasiyada hələ də köhnə yanaşmalarla hərəkət etdiyini qeyd edir. Hazırda real aktivlərin sadəcə blokçeyndə kopyalandığı, lakin bunun səmərəsiz olduğu vurğulanır. Gələcəkdə tokenizasiyanın daha ucuz, likvid və sürətli maliyyə alətlərinə yol açacağı, klassik modellərdən uzaqlaşacağı bildirilir.
“Müştərini tanı”dan “agentini tanı”ya
Hesabatda süni intellekt agentlərinin maliyyə sektorunda artan roluna da diqqət çəkilir. Analitiklərin fikrincə, yaxın gələcəkdə “Know Your Customer” (KYC) prinsipi “Know Your Agent” anlayışı ilə əvəzlənəcək. Bir-biri ilə ünsiyyət quran və qarşılıqlı nəzarət edən AI agentləri maliyyə sisteminin ayrılmaz hissəsinə çevriləcək.
Gizlilik əsas rəqabət sahəsi olacaq
"a16z"yə görə, 2026-cı ildə kripto ekosistemində ən ciddi rəqabət gizlilik yönümlü blokçeyn şəbəkələri arasında yaşanacaq. Aktivlərin daşınması asanlaşsa da, məxfilik və sirrin qorunması hələ də əsas problem olaraq qalır. Güclü gizlilik infrastrukturu quran platformalar bazarda üstün mövqe əldə edəcək.
Qeyd edək ki, "a16z"nin hesabatı kripto və blokçeyn texnologiyalarının 2026-cı ildə maliyyə, media və texnologiya sahələrində daha dərin inteqrasiya mərhələsinə keçəcəyinə işarə edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025