Redaktor
Hibrid və elektrikli maşınlara güzəşt barədə rəsmi açıqlama
Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclisdə müzakirəyə çıxarılıb. Yeni paketdə elektro və hibrid avtomobillərin ƏDV-yə cəlb olunması diqqət çəkən məsələlərdəndir.
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlayıb ki, 2019-cu ildən idxal olunan elektrik avtomobillər, 2022-ci ildən isə hibrid avtomobillər ƏDV-dən azad edilib. Bu güzəştlər ölkədə elektrik və hibrid avtomobillərə marağı artıraraq avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib.
İmanov bildirib ki, yerli istehsalın artırılması və gələcəkdə elektrik və hibrid avtomobillərin ölkədə istehsalının planlaşdırılması vergi siyasətində dəyişiklikləri zəruri edir. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobillərin ƏDV-dən azad edilməsi 2026-cı ildən davam etdiriləcək. Eyni zamanda, yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı da 2027-ci ilədək ƏDV-dən azad olacaq.
Dövlətin bu addımı yerli sənayenin inkişafını, daxili bazarın qorunmasını və yaşıl iqtisadiyyatın dəstəklənməsini hədəfləyir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025