"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"

Redaktor

02.04.2026 15:10
131

"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"

Mağazada rəflər arasında seçim edərkən çox vaxt eyni mənzərə ilə qarşılaşırıq: satıcı bizə büdcəmizə uyğun variantı deyil, onun daha baha alternativlərini - “A klass” və ya “Premium” seriyasını tərifləməyə başlayır. Və məhsul üzərindəki iki kəlmə – “Premium” və ya “A klass” – bizim məhsula baxış bucağımızı kökündən dəyişir. Sanki bu sözlər həmin malın digərlərindən qat-qat üstün olduğuna bizi inandırır. 

Amma heç düşünmüsünüzmü, bu ifadələr həqiqətən bir keyfiyyət pasportudur, yoxsa sadəcə bizim daha çox pul ödəməyimiz üçün qurulmuş marketinq tələsi?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirir ki, “Premium” və “A klass” sözləri həm faydalıdır, həm də çox rahat sui-istifadə olunan anlayışlardır:

“İnsan psixologiyası belə qurulub ki, biz bu cür sözləri görəndə avtomatik olaraq məhsulu daha keyfiyyətli və daha etibarlı hesab edirik. Hətta bəzən heç texniki xüsusiyyətlərə belə baxmırıq. Bu, artıq illərlə formalaşmış bir davranışdır və brendlər bunu çox yaxşı anlayır. Əgər məhsul doğrudan da fərqlənirsə, məsələn, daha yaxşı materialdan hazırlanıbsa, istehsal prosesi daha ciddi nəzarətdədirsə, istifadə müddəti uzundursa və ya əlavə rahatlıq verirsə, o zaman “premium” demək tam yerindədir. Bu halda bu söz sadəcə reklam yox, real dəyərin qısa ifadəsidir. Amma reallıqda çox vaxt fərq bu qədər aydın olmur. Eyni zavodda istehsal olunan, eyni keyfiyyətə yaxın məhsullar fərqli qablaşdırma və brend adı ilə “premium” kimi təqdim olunur və qiymət xeyli artırılır. Burada artıq söhbət keyfiyyətdən yox, imicdən gedir”.

“Digər tərəfdən bazarda o qədər çox məhsul “premium” adlandırılır ki, bu sözün çəkisi get-gedə azalır. Əvvəllər fərqləndirici idi, indi isə demək olar standart ifadəyə çevrilib. Nəticədə alıcı daha skeptik yanaşmağa başlayır və bu da uzun müddətdə brendlərə etimadı zəiflədir. Marketinq baxımından bu strategiya qısa müddətdə satış gətirə bilər, amma əgər arxasında real keyfiyyət yoxdursa, müştəri bunu gec-tez anlayır və bu artıq brend üçün mənfi təsir yaradır. Çünki bir dəfə aldadılmış müştərini geri qaytarmaq çox çətin olur. Mənim yanaşmam belədir ki, “premium” sözünü işlətmək olar, amma onu sübut etmək lazımdır. Yəni konkret səbəb olmalıdır ki, niyə bu məhsul digərlərindən daha yaxşıdır. Əgər bunu sadə və aydın şəkildə izah edə bilmirsənsə, deməli, bu artıq marketinq oyunu səviyyəsində qalır. Yekunda deyə bilərəm  ki bu anlayışlar nə tam yalandır, nə də tam həqiqət, hər şey onların necə istifadə olunmasından asılıdır. Alıcı üçün isə ən düzgün yol emosiyaya yox, faktlara baxmaqdır. Çünki əsl keyfiyyət reklamda yox, istifadə zamanı hiss olunur” - deyə marketoloq qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Taksi sahiblərinin nəzərinə: Sığorta haqqı artırıldı

02.04.2026

Səhm niyə yüksəlir?

02.04.2026

Vüsal Aslanov onu rəis təyin etdi - FOTO

02.04.2026

Rabitəbank 4 nominasiya üzrə "Bankçılıq mükafatları - 2025"in qalibi olub ®

02.04.2026

Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə tarix açıqlandı

02.04.2026

Gürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB

02.04.2026

Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ

02.04.2026

Problemli kreditlərin həcmi 82 milyon manat artıb

02.04.2026

"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"

02.04.2026

MİDA-da rəhbər vəzifəyə təyinat olub

02.04.2026

Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər

02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon

Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı

02.04.2026

“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər

02.04.2026

Bank sektorunun xalis mənfəəti 6% artıb

02.04.2026

Bankların aktivləri 3,5 milyard manatdan çox artıb

02.04.2026

İlham Əliyev Qırğızıstana səfər edəcək

02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir

Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?

02.04.2026

"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası

02.04.2026

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib

02.04.2026

"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər

02.04.2026

Məzənnə

Yüklənir...