Redaktor
"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
“Apple”ın tarixində uğursuz qərarlar da olub. Məsələn, “Macintosh Portable”, yaxud dairəvi dizaynına görə tənqid olunan “Hockey Puck” siçanı. Həmçinin “U2” qrupunun 13-cü albomunun 500 milyon “iTunes” istifadəçisinə icazəsiz göndərilməsi hadisəsi də şirkətin ən mübahisəli addımlarından biri kimi yadda qalıb.
Valyuta.az xəbər verir ki, bununla belə, yenilik axtaran bir şirkət üçün səhvlər qaçılmazdır. Maraqlısı odur ki, Tim Kuk dövründə bu cür səhvlər xeyli azalıb.
Tim Kukun idarəetmə üslubu
Tim Kuk təxminən 14 ildir “Apple”a rəhbərlik edir. Onun idarəetmə tərzi Stiv Cobsdan müəyyən qədər fərqlənir. Kuk böyük risklərdən çox sabit inkişafa və güclü təchizat zəncirinə üstünlük verir.
Yeni müsahibəsində o, şirkət daxilində ideyaların necə qiymətləndirildiyini də açıqlayıb. Onun sözlərinə görə, yaxşı ideya istənilən yerdən gələ bilər: "Qeyri-adi ideyalar şirkət daxilində istənilən əməkdaşdan gələ bilər. İstifadəçilər də əla təkliflər verə bilər".
Lakin hər ideya reallaşmır.
“Apple”da sərt seçim prosesi var
Kukun sözlərinə görə, “Apple”ın əsas prinsiplərindən biri hər şeyi etməyə çalışmamaqdır. Şirkət ideyaları çox sərt filtrdən keçirir: "Enerjini hər yerə yönəltsən, heç bir işi istədiyin keyfiyyət səviyyəsinə çatdıra bilməzsən. Buna görə min şeyə ‘yox’ deyirik ki, birinə ‘bəli’ deyə bilək".
O qeyd edir ki, şirkət daxilində ciddi müzakirələr və fikir toqquşmaları da baş verir. Xaricdən sakit görünən “Apple” daxilində əslində kəskin debatlar gedir.
Stiv Cobs və Tim Kuk arasındakı fərq
Tim Kukun yanaşması “Apple”ın qurucusu Stiv Cobsla müqayisədə daha aydın görünür. Cobs daha çox ixtiraçı lider idi və məhsulun texniki tərəflərinə xüsusi həssaslıqla yanaşırdı. O, yeni ideyaları sınaqdan keçirməkdən çəkinmirdi. Tim Kuk isə daha ehtiyatlı strategiya seçir.
Bu səbəbdən bəzi layihələr Cobs dövründə başlasa da, Kuk dövründə ləğv edilib. Yəni bazara çıxmayan çoxsaylı “Apple” məhsulları mövcuddur.
“Think Different” ruhuna nə oldu?
1997-ci ildə yayımlanan məşhur “Think Different” reklamı bu gün də xatırlanır. Reklamın mesajı belə idi: "Dəlilərə salam olsun. Qaydaları pozanlara. Dünyanı dəyişə biləcəyinə inanacaq qədər cəsarətli olanlara…"
Bu sözləri Stiv Cobs özü səsləndirmişdi. Bu gün eyni mesajın Tim Kuk tərəfindən səsləndirilməsi bir qədər çətin görünür.
“Apple” bəzi bazarlara niyə daxil olmur?
Tim Kukun açıqlamaları başqa bir sualın da cavabını verir. “Apple” uzun illərdir bəzi sahələrə daxil olmayıb:
* qatlanan smartfonlar
* ağıllı üzüklər
* fiziki televizorlar
* sürücüsüz avtomobillər
* süni intellekt layihələri
Bu ideyalar şirkət daxilində müzakirə olunmayıb demək düzgün olmaz. Lakin onlar Kukun sərt filtrindən keçə bilməyib.
Gec gəlir, amma güclü gəlir
Bu yanaşma tənqid oluna bilər, lakin tam yanlış da sayılmır. Tim Kuk dövründə “Apple” bir sıra uğurlu məhsullar təqdim edib. Məsələn, “MacBook Air (M1)” bir çox istifadəçi üçün dönüş nöqtəsi oldu. “AirPods” isə ilk təqdimatda tənqid edilsə də, bu gün dünyanın ən çox satılan qulaqlıqlarından biridir.
Yəni “Apple” bəzən bazara gec daxil olur, amma daxil olduqda keyfiyyətli məhsul təqdim edir.
“Apple” son dövrlərdə daha cəsarətlidir
Son illərdə şirkət daha riskli addımlar atmağa başlayıb. “Apple Vision Pro” kommersiya baxımından böyük uğur qazanmasa da, texnologiya baxımından yeni standartlar müəyyənləşdirdi. “iPhone Air” gözlənilən effekti yaratmasa da, maraqlı konsepsiya kimi qiymətləndirilir.
Məlumatlara görə, “Apple” bu il ilk qatlanan “iPhone” modelini də təqdim edə bilər. Bu, Tim Kukun strategiyasının dəyişməsi demək deyil. Əksinə, minlərlə ideya arasından yalnız birini seçmək prinsipinin nəticəsi kimi qiymətləndirilir.
“Apple”ın ruhuna qayıdış
“Apple” çox vaxt bazara gec daxil olan şirkət kimi görünür. Lakin daxil olduqda adətən ən yaxşı nəticələrdən birini təqdim edir.
Son dövrdə müşahidə olunan tendensiya budur ki, şirkət artıq yalnız kiçik yeniliklərlə kifayətlənmir. Bir zamanlar sıradan ideyalara istehza edən “Apple” tədricən yenidən daha cəsarətli məhsullar təqdim etməyə başlayır.ə
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB
02.04.2026Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ
02.04.2026Problemli kreditlərin həcmi 82 milyon manat artıb
02.04.2026"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"
02.04.2026MİDA-da rəhbər vəzifəyə təyinat olub
02.04.2026Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər
02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı
02.04.2026“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər
02.04.2026Bank sektorunun xalis mənfəəti 6% artıb
02.04.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
02.04.2026İlham Əliyev Qırğızıstana səfər edəcək
02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?
02.04.2026"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
02.04.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib
02.04.2026"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026