“Instagram” “TikTok”u kopyalayır?
02.04.2026 14:40
657

“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər

Fərhad Kərimli
   Rəqəmsal marketoloq

Sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil. Bu platformalar insanların informasiya istehlakını, qərarvermə davranışını və hətta alış vərdişlərini formalaşdıran kompleks ekosistemlərə çevrilib. Bu transformasiyanın mərkəzində uzun illərdir “Instagram” dayanır. Artıq istifadəçi sadəcə kontentə baxmır – kontent istifadəçini yönləndirir, seçimlərini təsir altına alır və davranışını formalaşdırır.

Lakin son illərdə “TikTok”un sürətli yüksəlişi bu balansı ciddi şəkildə dəyişdi. Qısa video formatı, güclü alqoritm və yüksək istifadəçi “engagement”i bazarın qaydalarını yenidən yazır. Ən vacibi isə “TikTok”un istifadəçini platformada saxlamaq qabiliyyəti – sonsuz scroll və yüksək uyğunlaşdırılmış kontent – digər platformalar üçün yeni standart müəyyən etdi. Bu isə “Instagram”ı sadəcə yenilənməyə deyil, strateji transformasiyaya məcbur etdi. Artıq söhbət funksiya əlavə etməkdən yox, platformanın məntiqini dəyişməkdən gedir.
“Instagram” ilk istifadəyə verildiyi dövrdə foto paylaşımı və sosial əlaqələr üzərində qurulmuş sadə platforma idi. İstifadəçilər kontenti xronoloji ardıcıllıqla görür, platforma isə minimalizm və intuitivlik ilə seçilirdi. Bu sadəlik platformanın ilk uğurunun əsas səbəblərindən biri idi. İstifadəçi nə görəcəyini başa düşürdü və platforma üzərində nəzarət hissinə sahib idi.

Zaman keçdikcə isə istifadəçi sayı və kontent həcmi artdı. Bu artım xronoloji modelin effektivliyini azaltdı və nəticədə platforma “alqoritmik feed”ə keçdi. Çünki artıq seçim çox idi və istifadəçiyə “ən uyğun” kontenti filtrsiz təqdim etmək mümkün deyildi.
Bu dəyişiklik istifadəçiyə daha uyğun kontent təqdim etsə də, eyni zamanda bir problemi də ortaya çıxardı: istifadəçi nəzarətinin azalması. İstifadəçi artıq nəyi izlədiyini yox, alqoritmin ona nə göstərdiyini görməyə başladı. Bu isə bir növ “passiv istehlakçı” modelini gücləndirdi.

“Instagram”ın son yenilikləri iki əsas istiqamətə fokuslanır:

-    İstifadəçi nəzarətinin artırılması 
-    Kontentin daha məqsədli təqdim olunması 

Bu yanaşma xüsusilə “TikTok”un “sənin üçün seçilmiş kontent” modelinə cavab olaraq formalaşır. Maraqlı məqam isə odur ki, “Instagram” bir tərəfdən bu modeli adopt edir, digər tərəfdən isə ondan fərqlənməyə çalışır. Yəni həm alqoritmik gücü qoruyur, həm də istifadəçiyə seçim imkanı verir.

“Instagram” artıq tək bir feed modeli ilə kifayətlənmir. Platforma istifadəçiyə 3 fərqli baxış təklif edir:

1.Əsas (Home) axın

Bu bölmə əvvəlki kimi alqoritm əsaslı işləyir. Platforma istifadəçinin davranışlarını - bəyənmələr, baxış müddəti, şərhlər və paylaşımlar - analiz edərək ona uyğun kontent təqdim edir. Bu model hələ də kəşf və yeni kontent tapmaq üçün əsas vasitə olaraq qalır. Eyni zamanda bu, platformanın “asılılıq yaradan” mexanizminin əsasını təşkil edir. 

2.Favorilər (Favorites)

Bu funksiya istifadəçilərə prioritet hesabları seçmək imkanı verir. Burada yalnız istifadəçinin xüsusi olaraq seçdiyi hesabların paylaşımları göstərilir. Bu isə kontent “səs-küyünü” azaldır və daha məqsədli istifadə təcrübəsi yaradır. Praktik olaraq bu, istifadəçinin öz mini-ekosistemini qurması deməkdir. 

3.İzlənilən hesablar (Following)

Bu bölmə klassik xronoloji axını geri qaytarır. Heç bir alqoritmik müdaxilə olmadan yalnız izlənilən hesabların paylaşımları vaxt ardıcıllığı ilə təqdim olunur. Bu isə platformanın köklərinə qayıdış kimi qiymətləndirilə bilər və istifadəçiyə “real vaxt” hissini yenidən qazandırır. 

Bu 3 model birlikdə “Instagram”ın yeni strategiyasını açıq şəkildə göstərir: İstifadəçi artıq nə görəcəyini özü seçə bilir. Daha dəqiq desək, platforma ilk dəfə olaraq nəzarəti tam itirmədən istifadəçi ilə bölüşməyə başlayır. Bu isə gələcək sosial media modellərinin əsas istiqamətlərindən biri kimi görünür – tam alqoritmik idarəetmə yox, balanslaşdırılmış seçim azadlığı.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib

19.05.2026

Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın ®

19.05.2026

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

"ABB"nin gəlir gətirən vəsaitləri 19 milyon manat azalıb

19.05.2026

Azərbaycanın qonşuları arasında ən sürətli mobil internet hansı ölkədədir?

19.05.2026

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL

19.05.2026

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

19.05.2026

İşçilərə verilən dəyər niyə azalır?

19.05.2026

“Assist Finance"ın dövriyyə itkisi 1,1 milyard manatdan çoxdur

19.05.2026

Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov

19.05.2026

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq- RƏSMİ

19.05.2026

Məzənnə

Yüklənir...