Redaktor
Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Valyuta.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Medeks” şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən şirkətin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
"Medeks” MMC-nin rəsmi veb-səhifəsində şirkətin 2006-cı ildə təsis olunduğu qeyd edilib. Maraqlıdır ki, şirkət təsis edildikdən 2 il sonra dövlət qeydiyyatına alınıb.
Araşdırmalarımız zamanı məlum olub ki, Elşən Abbasovdan əvvəl şirkətin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub. O, 2016-cı ilədək şirkətə rəhbərlik edib. Mediada gedən məlumatlara görə, şirkətin təsisçisi də Qoşqar Təhməzlidir.
Qoşqar Təhməzli Azərbaycan Qida Agentliyinin (AQTA) sədridir. O, qurumun rəhbərliyinə 2017-ci ildə təyinat alıb.
Mediada gedən məlumatların təhlili göstərir ki, "Medeks” MMC hələ də Qoşqar Təhməzlinin nəzarətindədir.
AQTA-da OXŞAR SXEMƏ ÇOX RAST GƏLİNİR
Qeyd edək ki, AQTA və tabeliyindəki qurumlarda oxşar sxemə tez-tez rast gəlinir.
Məsələn, bu ilin əvvəllərində məlum olmuşdu ki, AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə keçirdiyi 24 tenderin böyük hissəsi bir şirkət tərəfindən udulub.
Araşdırmalar zamanı məlum olmuşdu ki, AQTİ 17,7 milyonluq satınalma müqavilələrinin 13,3 milyonluq hissəsini "AVAZ GROUP” MMC ilə bağlayıb. Bu məbləğlər hesabına AQTİ "Avaz Group”dan yalnız laboratoriya avadanlığı və bəzi reaktivlər alıb.
Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, "Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.
Bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin öz şirkəti olan "Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.
Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilib. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun "Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSəhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət
20.12.2025Ukrayna dronları Rusiya gəmisinə və "Lukoil" şirkətinin platformasına zərbə endirib
20.12.2025Azərbaycanla Monteneqro arasında birbaşa uçuşlar gözlənilir
20.12.2025Patent almadan ixtirasını dünyaya təqdim edən mühəndis
20.12.2025Bazar gününün hava proqnozu
20.12.2025Birbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı ®
20.12.2025Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
20.12.2025Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
20.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
20.12.2025ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb
20.12.2025Neftimizin qiyməti 64 dolları keçib
20.12.2025Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?
20.12.2025Kasıb ailədən qlobal media imperiyasına - SƏHƏR OXUSU
20.12.2025Yeni ildə harada əylənmək olar?
19.12.2025Roblox: sadə ideyadan 60 milyard dollarlıq qlobal platformaya gedən yol
19.12.2025“Zoom”u 41 yaşında quran mühəndisin hekayəsi
19.12.2025“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib
19.12.2025Bankların mənfəət vergisi ödənişləri 13% artıb
19.12.2025"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!
19.12.2025