Redaktor
Süni intellekt aləti “Neptune.ai” "OpenAI"ın tərkibinə keçir
"OpenAI" süni intellekt modellərinin təlim proseslərində istifadə olunan alət və infrastrukturunu gücləndirmək məqsədilə Polşa mənşəli “Neptune.ai” şirkətini satın alacağını açıqlayıb. Tərəflər razılaşmanın maliyyə detalları barədə məlumat verməyiblər.
Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, satınalma "OpenAI" səhmləri ilə maliyyələşdiriləcək.
Süni intellektin təlim prosesi milyonlarla neyron təbəqəsinin necə işlədiyini və qarşılıqlı təsirə girdiyini anlamağa əsaslanır. Bu təbəqələrdən toplanan texniki məlumatların təhlili modelin səhvlərini düzəltmək və performansını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Lakin məlumatların həm mürəkkəbliyi, həm də həcmi onların emalını çətinləşdirir.
“Neptune.ai” bu problemi aradan qaldırmaq üçün tədqiqatçılara model təbəqələrini məlumat itkisinə səbəb olan sıxılma (“downsampling”) olmadan izləməyə imkan verən platforma hazırlayıb. Bu yanaşma öyrənmə prosesinin daha aydın müşahidəsinə, qeyri-dəqiq və səmərəsiz elementlərin asanlıqla müəyyənləşdirilməsinə şərait yaradır. Platforma, həmçinin modelin səhvlərdən necə öyrəndiyini göstərən “gradient” izləmə funksiyası və aktivləşdirmə funksiyası analizini də asanlaşdıraraq modelin hansı neyronları işə salmalı olduğunu daha optimal şəkildə müəyyən etməyə imkan verir.
“Neptune.ai” hazırda "OpenAI" da daxil olmaqla 60 mindən çox süni intellekt tədqiqatçısı tərəfindən istifadə olunur. OpenAI bu platformanın təqdim etdiyi təcrübə izləmə, təbəqə təhlili və metrik müqayisə imkanlarını öz tədqiqat infrastrukturuna inteqrasiya etməyi planlaşdırır.
"OpenAI"ın baş elmi işçisi Yakub Paçotski bu barədə belə bildirib: “'Neptune.ai' mürəkkəb təlim proseslərini təhlil etməyi asanlaşdıran sürətli və dəqiq bir sistem qurub. Alətlərini təlim infrastrukturumuza daxil etməklə modellərin necə öyrəndiyinə dair görünüşümüzü artıracağıq”.
Şirkətin qurucusu və baş direktoru Pyotr Nyecvyec isə qeyd edib: “Yaxşı alətlər tədqiqatçıların ən yaxşı işlərini görməsinə şərait yaradır. OpenAI-a qoşulmaq bu vizyonu daha geniş miqyasda həyata keçirmək imkanı verir”.
“Neptune.ai” 4 mart tarixində müstəqil platformasını bağlayacağını, istifadəçilərin məlumatlarını köçürməsi üçün bələdçi və alətlər təqdim edəcəyini açıqlayıb. Bu satınalma OpenAI-ın son həftələrdə atdığı ikinci addımdır; şirkət yaxın vaxtda “Apple”ın sabiq əməkdaşları tərəfindən qurulan “Software Applications Inc.” şirkətini də öz tərkibinə qatmışdı.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025