TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

Redaktor

19.12.2025 14:06
61

TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

Bu ilin ötən dövründə TƏBİB tabeli tibb müəssisələrində çalışan 22 direktor, 28 direktorun tibbi işlər üzrə müavini və 19 direktorun inzibati işlər üzrə müavini ilə əmək müqavilələrinə xitam verilib.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

O bildirib ki, səhiyyə xidmətlərinin təşkili və optimallaşdırılması məqsədilə 68 tibb müəssisəsinin ştat strukturlarında dəyişiklik aparılıb və hesabat dövründə bir sıra yeni struktur bölmələri yaradılıb:

"Bu il ərzində tabeli müəssisələr üzrə rəhbər vəzifələrə işə qəbul prosesi həyata keçirilib. İl ərzində 16 direktor, 31 nəfər direktorun tibbi işlər üzrə müavini və 20 nəfər direktorun inzibati işlər üzrə müavini vəzifələrinə təyinatlar aparılıb. Ümumilikdə rəhbər vəzifələr üzrə 67 nəfər işə qəbul olunub".

TƏBİB rəhbəri əlavə edib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 95 min 140 işçi, 16 min 96 həkim fəaliyyət göstərir:

"Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır. 2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 % artıb".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

19.12.2025

Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var

19.12.2025

ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb

19.12.2025

Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

19.12.2025

Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT

19.12.2025

“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

19.12.2025

Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub

19.12.2025

TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

19.12.2025

Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

19.12.2025

Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı

19.12.2025

Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?

19.12.2025

Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə

19.12.2025

"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək

19.12.2025

Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?

19.12.2025

Sabahın hava proqnozu

19.12.2025

Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi

19.12.2025

Banklar müddətli əmanətə nə qədər faiz verir? - CƏDVƏL

19.12.2025
Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib

Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib

19.12.2025

Əyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI

19.12.2025

“Lovable” 330 milyon dollar investisiya alıb

19.12.2025

Məzənnə

Yüklənir...