Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

Redaktor

19.12.2025 14:03
88

Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

    Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

    Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

    Eyni zamanda uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    Qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

    Növbəti xəbər yüklənir...

    Xəbər lenti

    Bütün xəbərlər

    Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var

    19.12.2025

    ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb

    19.12.2025

    Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

    19.12.2025

    Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT

    19.12.2025

    “Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

    19.12.2025

    Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub

    19.12.2025

    TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

    19.12.2025

    Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

    19.12.2025

    Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı

    19.12.2025

    Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?

    19.12.2025

    Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə

    19.12.2025

    "Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək

    19.12.2025

    Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?

    19.12.2025

    Sabahın hava proqnozu

    19.12.2025

    Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi

    19.12.2025

    Banklar müddətli əmanətə nə qədər faiz verir? - CƏDVƏL

    19.12.2025
    Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib

    Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib

    19.12.2025

    Əyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI

    19.12.2025

    “Lovable” 330 milyon dollar investisiya alıb

    19.12.2025

    Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

    19.12.2025

    Məzənnə

    Yüklənir...