Redaktor
“Thodex” birjasının qurucusu Faruk həbsxanada ölü tapılıb - 2 milyard dollarlıq iş...
“Thodex” adlı kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer Türkiyədə saxlandığı cəzaçəkmə müəssisəsində ölü tapılıb.
Valyuta.Az Türkiyə mətbuatında istinadən xəbər verir ki, Özer Tekirdağdakı həbsxanada bir nəfərlik kamerada saxlanılırdı. Onun meyiti bu gün səhər saatlarında kameranın hamam otağında asılmış vəziyyətdə aşkarlanıb.
İlkin ehtimallara görə, hadisə intihar kimi qiymətləndirilir. Lakin faktla bağlı istintaq başladılıb, ölüm səbəbinin dəqiq müəyyən olunması üçün ekspertiza təyin edilib.
Xatırladaq ki, Faruk Fatih Özer “Thodex” birjası vasitəsilə minlərlə sərmayədarı aldadaraq ölkədən qaçmışdı. O, hüquq-mühafizə orqanlarından uzun müddət gizlənsə də, 2022-ci il avqustun 30-da Albaniyada saxlanılıb və daha sonra Türkiyəyə ekstradisiya olunub.
Məhkəmə Özeri “cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq”, “külli miqdarda dələduzluq” və “çirkli pulların yuyulması” ittihamları ilə ümumilikdə 11 min 190 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İttiham aktına əsasən, “Thodex” birjası vasitəsilə dəymiş zərər 356 milyon lirə (təxminən 13 milyon ABŞ dolları) olaraq göstərilib. Lakin Türkiyə mediasında bu rəqəmin əslində 2 milyard dollara qədər yüksəldiyi iddia olunur.
Hadisə ictimaiyyətdə ciddi rezonansa səbəb olub və kriptovalyuta sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinə dair çağırışlar səsləndirilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025