Redaktor
Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılması məlumatına reaksiya verib.
İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan narazı qaldığını deyib:
"Bəli, "Ramin-Nur" şadlıq sarayı mənimdir. Amma şadlıq saraylarını işlətməyə vaxtım yoxdur. Sözügedən obyekti icarəyə vermişik (fiziki şəxs Quliyev Firdovsi Mülkü oğlu). Şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb. Yoxlamanın rəsmi nəticələri dekabr ayının 20-də bəlli olacaq. Amma AQTA-nın götürülən ət nümünələrinin müayinəsinin rəsmi cavabı çıxmadan açıqlama verməsini başa düşə bilmirəm".

Xəlil Göyüşov AQTA-nın tələm-tələsik açıqlama verməsini qərəzli hesab edir:
"Birincisi, araşdırmanın nəticələri tam yekunlaşmamış bu cür açıqlama yaymaq düzgün deyil. AQTA-nın əməkdaşları ətdən nümunə götürüb, 20 dekabrda nəticələr çıxacaq. Əgər həqiqətən ət camış əti idisə, bunu elə həmin gün açıqlayardılar".
İş adamı araşdırmanın nəticəsindən aslı olaraq sözügedən icarədarı ilə müqaviləyə xitam verə biləcəyini deyib.
Qeyd edək ki, AQTA Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını açıqlayıb. Bildirilib ki, agentlik əməkdaşları Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevə məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçiriblər. Nəticədə obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb.

Daha sonra məlumat yayılıb ki, "Ramin-Nur" şadlıq sarayı "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşova məxsusdur. İş adamı şadlıq sarayını fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna icarəyə verib.


Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?
19.12.2025Sabahın hava proqnozu
19.12.2025Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi
19.12.2025Banklar müddətli əmanətə nə qədər faiz verir?
19.12.2025
Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib
19.12.2025Əyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI
19.12.2025“Lovable” 330 milyon dollar investisiya alıb
19.12.2025Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
19.12.2025
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
19.12.2025"Honda" Yaponiya və Çində istehsalı dayandırır - SƏBƏB
19.12.2025Eldar Qəribovun Fransadakı 34 milyonluq villası və cavabsız suallar - FOTOLAR
19.12.2025Süni intellektlə işləyən 10 marketinq avtomatlaşdırma aləti
19.12.2025"TikTok" "Oracle" və digər investorlarla razılaşma imzaladı
19.12.2025Sumqayıtda baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.12.2025