Redaktor
"TikTok" "Oracle" və digər investorlarla razılaşma imzaladı
"TikTok" ABŞ-dakı fəaliyyətini davam etdirmək üçün yerli və beynəlxalq sərmayəçilərlə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, sosial media nəhəngi "TikTok" ABŞ-da fəaliyyətini davam etdirmək üçün "Oracle" və digər ABŞ mərkəzli investorlarla yeni birgə müəssisə yaratmaq barədə razılığa gəlib. Razılaşma sabiq prezident Co Baydenin imzaladığı və "TikTok"un satılmaması halında qadağan ediləcəyini nəzərdə tutan qanundan təxminən bir il sonra baş tutub.
Məlumata görə, razılaşma yanvarın 22-də yekunlaşacaq. Yeni ortaq müəssisədə "Oracle", "Silver Lake" (özəl investisiya fondu) və BƏƏ-yə məxsus MGX şirkəti "TikTok"un ABŞ bölməsinin 45%-lik payına sahib olacaq.
Qeyd edək ki, Prezident Donald Trampın imzaladığı son müddətin uzadılmasına əsasən, "TikTok"un ABŞ-dakı aktivlərinin 80%-i 23 yanvara qədər yerli və ABŞ tərəfindən təsdiqlənmiş bir quruma satılmalı idi. Yeni saziş bu tələbə uyğun olduğu üçün qadağa təhlükəsinin də qarşısını almış olur.
"TikTok"un ana şirkəti olan Çin mənşəli "ByteDance" və "TikTok" rəhbərliyi razılaşmanın şərtlərini qəbul etdiklərini bildiriblər. Lakin "TikTok" tərəfi hələlik rəsmi açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, əvvəllər "TikTok"un mümkün alıcıları sırasında "Microsoft", "Amazon", "Walmart", "AppLovin" və hətta məşhur YouTuber MrBeastdə (Jimmy Donaldson) olub.
Razılaşma baş tutarsa, "TikTok"un ABŞ bazarında fəaliyyətinə davam etməsi təmin olunacaq və platforma üçün hüquqi qeyri-müəyyənlik aradan qalxacaq. Eyni zamanda, bu, texnologiya sahəsində böyük tənzimləmə presedentlərindən biri kimi tarixə düşəcək.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI
19.12.2025“Lovable” 330 milyon dollar investisiya alıb
19.12.2025Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
19.12.2025
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
19.12.2025"Honda" Yaponiya və Çində istehsalı dayandırır - SƏBƏB
19.12.2025Eldar Qəribovun Fransadakı 34 milyonluq villası və cavabsız suallar - FOTOLAR
19.12.2025Süni intellektlə işləyən 10 marketinq avtomatlaşdırma aləti
19.12.2025"TikTok" "Oracle" və digər investorlarla razılaşma imzaladı
19.12.2025Sumqayıtda baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.12.2025