Yeni iş yeri axtararkən hansı imtiyazlar tələb edilməlidir?

Redaktor

12.12.2025 12:50
263

Yeni iş yeri axtararkən hansı imtiyazlar tələb edilməlidir?

Bugünkü əmək bazarında yeni iş axtaranlar yalnız iş tapmaq üçün yarışan tərəf deyil — onlar öz şərtlərini müəyyənləşdirmə gücünə sahib olan aktiv namizədlərdir. Şirkətlər bacarıqlı, motivasiyalı və yenilikçi kadrları cəlb etmək üçün daha yaxşı imkanlar yaratmağa məcburdur.

Bəs yeni iş yeri axtararkən hansı imtiyazlar tələb edilməlidir?

İnsan resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, bu mövzu şəxsə görə dəyişir: "Məsələn, karyerasının başlanğıcında olan, yeni universiteti bitirmiş, iş həyatına yeni qədəm qoyan şəxslər adətən az imtiyaz tələb edirlər və ya heç tələb etmirlər. Onlar, əsasən, təcrübə toplamaq məqsədilə müəyyən müddət çətin işlərə belə razı olurlar. Lakin yaş artdıqca və həyat səviyyəsi yüksəldikcə, tələb olunan imtiyazlar da artır. Bəzi şirkətlər bu tələbləri istənilən əməkdaşına təqdim etməyə çalışır. Məsələn, işçilərin idmana yönləndirilməsi, rifahlarının təmin edilməsi, sağlamlıq proqramları, təlim və təcrübə proqramları, səyahət və xaricdə təcrübə mübadiləsi kimi imkanlar təqdim olunur".

"Təbii ki, bu imkanlar şirkətin ölçüsünə və büdcəsinə görə dəyişir. Böyük büdcəli şirkətlər bu tip dəstəkləri daha rahat təqdim edə bilir. Kiçik büdcəli şirkətlər isə imkanları daxilində bu tələblərə uyğun həllər tapmağa çalışırlar. Məsələn, daha rahat iş saatları, uyğun iş şəraiti və digər sadə imkanlar belə imtiyaz kimi qiymətləndirilə bilər. Yeni iş axtarışında olan, karyerasına yeni başlayan şəxslərin adətən imtiyaz tələbləri az olur. Amma karyera pillələri yüksəldikcə və rəhbər vəzifələrə çatdıqca bu tələblər artır – bu isə tamamilə normal haldır. Şirkətlər bu kimi tələbləri qarşılamağa çalışmalıdır. Ən azı tibbi sığortanı, komfortlu iş şəraitini təmin etməli, əməkdaşlarını təlim və təcrübə proqramlarına göndərməlidir. Əgər imkan varsa, idman və sağlamlıq proqramlarına da cəlb olunmaları təmin edilməlidir"- deyə İ.Mirzəzadə bildirir.

Qısası, şirkət işçinin rifahı ilə maraqlanmalıdır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Məzənnə

Yüklənir...