"Apple"ın baş direktoru nə qədər qazanır?

Redaktor

16.12.2025 21:00
114

"Apple"ın baş direktoru nə qədər qazanır?

“Apple”in baş icraçı direktoru Tim Kuk 4 trilyon dollar kapitallaşmaya malik şirkətin rəhbəri üçün gözləniləndən xeyli az gəlir əldə edir.

Valyuta.az xəbər verir ki, “Fortune” nəşrinin məlumatına görə, onun illik maaşı 74,6 milyon dollar təşkil edir və ABŞ-dakı digər top-menecerlərin gəlirləri fonunda bu rəqəm nisbətən təvazökar görünür.

Buna baxmayaraq, Tim Kuk ABŞ-da ən çox qazanan baş direktorlar arasında yalnız yeddinci yerdə qərarlaşıb. Müqayisə üçün, “Microsoft”un rəhbəri Satya Nadella 79,1 milyon dollar, “Starbucks”in direktoru Brayan Nikkol isə 95,8 milyon dollar qazanır. Ölkədə ən yüksək maaş alan rəhbər isə “Axon”un baş direktoru Rik Smit hesab olunur - onun illik gəliri 164,5 milyon dollardır.

Bununla belə, Tim Kuk ABŞ-da orta illik maaşa bərabər məbləği təxminən 7 saata qazanır. Cəmi iki gün ərzində isə təxminən 439 min dollar dəyərində ev almağa imkanı çatır.

“Apple”ə 14 illik rəhbərliyi dövründə Kuk şirkətin bazar dəyərini təxminən 13 900% artıraraq onu sadəcə iri korporasiyadan qlobal bazarın mütləq liderinə çevirib.

Onun idarəçiliyi altında “Apple” 2025-ci maliyyə ilinin birinci rübündə 124,3 milyard dollar həcmində rekord gəlir əldə edib. “iPhone 17” modellərinə yüksək tələbat isə 2026-cı ildə yeni rekordların qeydə alınacağına əsas verir.

Tim Kukun idarəetmə yanaşması da ayrıca vurğulanır. O, 2023-cü ildə şirkətdə kütləvi ixtisarların qarşısını almaq məqsədilə öz maaşının 40%-i həcmində könüllü azaldılmasına razılıq verib.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” Tim Kukun “Apple”in baş direktoru vəzifəsindən getmək niyyətində olması ilə bağlı məlumatları təkzib edib. Nəşrin analitiki Mark Qurmanın sözlərinə görə, Kuk şirkətə ən azı 2028-ci ilə qədər rəhbərlik etməyi planlaşdırır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...