Azərbaycanda çay istehsalı azalıb

Redaktor

16.12.2025 18:00
122

Azərbaycanda çay istehsalı azalıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal olunub.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 988,2 ton və ya 8,5 faiz azdır. Ötən ilin müvafiq dövründə çay istehsalı 11 min 528,3 ton təşkil etmişdi.

Rəsmi məlumatlara əsasən, noyabr ayının 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 94,0 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,32 faiz və ya 0,3 ton çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 93,7 ton təşkil edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...