Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

Redaktor

16.12.2025 12:52
120

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

Bu ilin oktyabr ayında Azərbaycan iqtisadiyyatında qeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1 milyard 765,5 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,92% və ya 66,9 milyon manat artım deməkdir.

Nəzərə çatdıraq ki, ötən ilin eyni dövründə qeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1 milyard 698,6 milyon manat olub.

Qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun həcmi 31 milyard 169,4 milyon manat təşkil edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...