Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

Redaktor

19.12.2025 17:12
77

Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

Azərbaycanın regionlarında kənd təsərrüfatı ilə məşğul olan özəl sektor mütəxəssislərə 5 000 manatdan çox maaş təklif edir.

Valyuta.az xəbər verir ki, bunu deputat Müşviq Məmmədli Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarında yaşayan insanların əsas işi kənd təsərrüfatı olmalıdır: "Bunun üçün yeni təsərrüfatların qurulması çox önəmlidir. Hazırda rəqabətqabiliyyətli kənd təsərrüfatını inkişaf etdirmək üçün rəqəmsal kənd təsərrüfatı, "ağıllı suvarma" sistemləri, müasir texnologiyalar və elmi əsaslara söykənən istehsal metodları çox vacibdir. Bunları tətbiq etmək üçün, təbii ki, təhsil sahəsində irəliləyişlər olmalıdır".

Deputat vurğulayıb ki, ölkədə peşə təhsilinə bir qədər də üstünlük verilərsə, kənd təsərrüfatı sahəsində də mühüm irəliləyişlərə nail oluna bilər: "Çünki biz əksər təsərrüfatlara getdikdə, məsələn, Qubada davamlı olaraq ixtisaslı mütəxəssislərə tələbat olduğunu görürük. Həmin mütəxəssislərə kifayət qədər də yüksək maaşlar verilir. Məsələn, kənd təsərrüfatı ilə məşğul olan özəl sektor 10-15 min manat maaş təklif edir. Daha yaxşı mütəxəssislərə isə daha yüksək məbləğlər təklif edilir, lakin həmin mütəxəssislər xarici ölkələrdən gəlir. Əgər belə mütəxəssisə ehtiyacı varsa, o zaman problemin nədən qaynaqlandığı barədə bir qədər düşünmək lazımdır".

M.Məmmədli qeyd edib ki, digər mühüm məsələ isə kənd təsərrüfatında hazırlanan mütəxəssislərin birbaşa istehsalatla təmaslarının artırılmasıdır: "Bu, əslində bütün sahələr üçün keçərlidir. Çünki əksər sahələrdə işə başlayan mütəxəssisdən təcrübə və ya bilik-bacarıqlarını təsdiq edən real iş tələb olunur. Bəzən görürük ki, mütəxəssis nəzəri məlumata malikdir, amma real iş prosesinə gəldikdə hələ zamana ehtiyacı var".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sabahdan Azərbaycanda ov mövsümü açılır

19.12.2025

"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü

19.12.2025

Saxta yükləmə çubuqları ilə kompüterləri ələ keçirirlər

19.12.2025

Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI

19.12.2025

Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

19.12.2025

"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb

19.12.2025

Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı

19.12.2025

Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq

19.12.2025
Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

19.12.2025

ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb

19.12.2025

Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

19.12.2025

Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT

19.12.2025

“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

19.12.2025

Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub

19.12.2025

TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

19.12.2025

Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

19.12.2025

Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı

19.12.2025

Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?

19.12.2025

Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə

19.12.2025

"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək

19.12.2025

Məzənnə

Yüklənir...