Redaktor
"IBM" dünya üzrə 2 min 700 nəfəri işdən çıxarır
Son dövrlərdə bir çox texnologiya şirkətləri əməliyyat səmərəliliyini artırmaq və süni intellekt sahəsinə daha çox resurs ayırmaq məqsədilə işçi ixtisarlarına gedir. İndi isə bənzər addımı "IBM" atıb.
Valyuta.az xəbər verir ki, ABŞ mərkəzli texnologiya şirkəti ilin dördüncü rübündə qlobal miqyasda ixtisarlara başlayacağını açıqlayıb.
"IBM", bu addımın ümumi işçi heyətinin təxminən 1 faizini - yəni 2 min 700 nəfəri əhatə edəcəyini bildirib. Şirkətin dünya üzrə 270 min nəfərlik işçi heyəti mövcuddur.
"IBM" sözçüsü bəyan edib ki, bəzi ABŞ mərkəzli vəzifələr də bu prosesdən təsirlənəcək. Bununla belə, yeni işə qəbul sayəsində ölkə üzrə ümumi işçi sayısının illik baxımdan sabit qalacağı gözlənilir.
Son zamanlar bir çox texnologiya şirkəti əməliyyat effektivliyini artırmaq və süni intellekt sahəsinə daha çox sərmayə yönəltmək məqsədilə oxşar tədbirlər görür. Məsələn, "Amazon" ötən ay 30 min korporativ əməkdaşını işdən çıxarmışdı.
Qeyd edək ki, "IBM" mart ayında marketinq və kommunikasiya komandalarında ixtisarlara getmiş, insan resursları departamentində isə süni intellekt dəstəklı sistemlərin tətbiqi nəticəsində təxminən 200 vəzifəni ləğv etmişdi. Şirkətin baş direktoru Arvind Krişna "The Wall Street Journal"a verdiyi açıqlamada bu transformasiya nəticəsində satış və proqram təminatı inkişafı komandalarına daha çox resurs ayırmaq imkanının yarandığını bildirmişdi.
Oktyabr ayında isə "IBM" gözləntiləri üstələyən mənfəət əldə etmiş, proqram təminatı gəlirlərində 10 faizlik artım qeydə alınmışdı.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR
11.12.2025AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram
11.12.2025Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı həbs olunub
11.12.2025Sabah paytaxtın bəzi küçə və prospektləri bağlanacaq
11.12.2025Bakı-Hövsan Limanının rəisi həbs edildi
11.12.2025Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi 18,7 milyardı ötüb
11.12.2025DSMF 51,5 milyonluq iki tender elan edib
11.12.2025Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
11.12.20255 aptekdə nöqsanlar aşkarlandı
11.12.2025Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır
11.12.2025ABŞ turistlərdən 5 illik sosial media məlumatları tələb edə bilər
11.12.2025Qaçaqmalçılığa qarşı mübarizə: "Nvidia" çiplərini izləyəcək
11.12.2025Şəxsi sığorta üzrə ödənişlər 6,8% azalıb
11.12.2025Bakıda populyar restoranlarda Yeni ili qarşılamaq neçəyə başa gəlir? - Qiymətlər
11.12.2025Vergi borcu olan şirkət ləğv olunur
11.12.2025Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir ®
11.12.2025Yeni icra başçısı şöbə müdirini işdən çıxardı
11.12.2025"Paysis"in (Epul.az) fəaliyyəti dayandırıldı - Qanunsuz qumar oyunlarına görə...
11.12.2025Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 2 mlrd. manat azalıb
11.12.2025