Redaktor
Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
2025-ci ilin oktyabr ayında 218 milyon dollar dəyərində qeyri-yeyinti məhsulları ixrac edilib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% və ya 20,1 milyon dollar azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında 238,1 milyon dollar dəyərində qeyri-yeyinti məhsulları ixrac olunmuşdu.
Bu ilin oktyabr ayında isə 120,7 milyon dollar dəyərində yeyinti məhsulu ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,17% və ya 15,9 milyon dollar çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin oktyabr ayında xaricə 104,8 milyon dollar dəyərində yeyinti məhsulu ixrac olunmuşdu.
Tənzilə Ağabalayeva