AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram

Redaktor

11.12.2025 14:37
44

AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqının artırılması ilə bağlı iş apardığını bildirib.

Valyuta.az xəbər verir ki, o, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı məlumat verib.

İ.Həbibbəyli deyib ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması da AMEA-nın qarşısında duran əsas məqsədlərdən biridir:

"2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram".

O, həmçinin qeyd edib ki, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:

"Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar".

İ.Həbibbəyli, eyni zamanda, AMEA-nın Qarabağda elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...