Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!

Redaktor

21.06.2026 11:50
79

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!

İyunun 23-də “The Ritz-Carlton Baku”da keçiriləcək “Biznes Liderləri Zirvəsi” biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sektorları təmsil edən peşəkarları bir araya gətirəcək. Tədbir “Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.

300-dən çox iştirakçının qatılacağı zirvə liderlik, strateji inkişaf, innovasiya və dəyişən biznes mühitində uğurlu idarəetmə mövzularında fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq. “Qarada qırmızı” konsept mesajı ilə keçiriləcək tədbirdə iştirakçılar həm yerli, həm də beynəlxalq təcrübələrlə tanış olmaq, yeni əməkdaşlıqlar qurmaq və biznes əlaqələrini genişləndirmək imkanı əldə edəcəklər.

“Zirvə “Times Consulting” şirkətinin Gold Sponsorluğu, “Sabancı University” və “Sabancı University Executive Development Unit”in (EDU) Akademik Sponsorluğu, “Markup Agency”nin dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin Təlim və İnkişaf Tərəfdaşlığı, eləcə də “Networking Azerbaijan”ın tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbir çərçivəsində beynəlxalq biznes təcrübələri, müasir liderlik yanaşmaları və effektiv idarəetmə modelləri üzrə dəyərli müzakirələr və çıxışlar təqdim olunacaq.

Tədbirin proqramı çərçivəsində Qlobal Siyasət Forumunun Akademik Koordinatoru və Özyeğin Universitetində Beynəlxalq Münasibətlər üzrə mühazirəçi Prof. Dr. Evren Balta tədbirdə “Yeni xəritələr, yeni qaydalar: Liderin geosiyasi kompası” mövzusu ilə çıxış edəcək. 

Harvard Business Review Türkiyənin Baş redaktoru Serdar Turan “Dəyişən dünyada strateji liderlik” mövzusunda çıxışı ilə iştirakçılarla görüşəcək. Çıxış zamanı qeyri-müəyyənliklərin artdığı dövrdə liderlərin necə düşünməli, qərar verməli və təşkilatlarını gələcəyə hazırlamalı olduqları müzakirə olunacaq.

Universum Türkiyə Lideri və Evrim Kuran Consulting şirkətinin təsisçisi Evrim Kuran “Yeni nəsil liderlik” mövzusu ilə zirvəyə qatılacaq. O, yeni nəslin iş dünyasından gözləntiləri, liderlik yanaşmalarında baş verən dəyişikliklər və gələcəyin liderlik modelləri haqqında dəyərli təcrübələrini paylaşacaq.

Süni intellekt və marketinq transformasiyası üzrə ekspert Yüce Zerey isə “Süni intellektlə uyğunlaşmanın hansı mərhələsindəsiniz?” mövzusunda çıxış edəcək. 

“FutureBright” Şirkətlər Qrupunun təsisçisi Akan Abdula zirvədə “Süni intellekt və texnologiyanın biznesə təsiri” mövzusunda çıxış edəcək. O, texnologiyanın sürətlə dəyişdirdiyi biznes mühitində şirkətlərin qarşısında açılan yeni imkanlar, innovasiya strategiyaları və süni intellektin təşkilatların gələcəyinə təsiri barədə öz baxışlarını iştirakçılarla bölüşəcək.

Sabancı Universitetinin Sənət və Sosial Elmlər Fakültəsinin müəllimi, eyni zamanda Universitetin Təməl İnkişaf Proqramının direktoru Dr. Emre Erol isə qlobal dəyişikliklərin cəmiyyətlərə, təşkilatlara və liderlik yanaşmalarına təsiri ilə bağlı fikirlərini iştirakçılarla paylaşacaq. 

“FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva Biznes Liderləri Zirvəsinin moderatoru olaraq tədbirdə yer alacaq. O, panel müzakirələrinin idarə olunmasını həyata keçirərək spikerlər və iştirakçılar arasında məhsuldar fikir mübadiləsinin qurulmasına töhfə verəcək.

Zirvədə iştirakla bağlı biletləri əldə etmək istəyən şəxslər blz.az saytına daxil olaraq əldə edə bilərlər.

Dəyişən biznes dünyasını daha yaxından anlamaq, yeni imkanlar yaratmaq və gələcəyin liderləri ilə eyni platformada olmaq üçün siz də Biznes Liderləri Zirvəsində yerinizi alın.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!

21.06.2026

Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək

21.06.2026

12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?

21.06.2026

Məqsədlərə çatmağın sadə addımları

20.06.2026

Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb

20.06.2026

Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya

20.06.2026

Ən uğurlu iş mühitləri hansılardır?

20.06.2026

2026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb

20.06.2026

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

20.06.2026

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

20.06.2026

Swatch-un ən bahalı saatları

20.06.2026

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Məzənnə

Yüklənir...