Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

Redaktor

20.06.2026 16:55
197

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 20 min 108,56 ton həcmində, 47 milyon 232,25 min ABŞ dolları dəyərində ət idxal edib.

Valyuta.az-ın hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 172,69 ton və ya 0,9%, dəyər baxımından isə 6 milyon 99,55 min ABŞ dolları və ya 14,8% artım deməkdir.

Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 19 min 935,87 ton həcmində, 41 milyon 132,70 min ABŞ dolları dəyərində ət idxal olunmuşdu.

Məlumatlardan görünür ki, ət idxalının fiziki həcmi cüzi artsa da, idxalın ümumi dəyərində daha yüksək artım qeydə alınıb. Bu isə idxal olunan ətin orta qiymətinin yüksəldiyini göstərir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...