Redaktor
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının əksəriyyətində eniş qeydə alınıb.
Valyuta.az xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızılın qiyməti isə 54,26 dollar və ya 1,29% geriləyərək 4 155,71 dollar olub.
Gümüş də ucuzlaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 1,42 dollar və ya 2,13% azalaraq 65,38 dollara enib.
Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.
Platin bazarında da mənfi dinamika müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.
Analitiklər qiymətli metallarda satış təzyiqini Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026