Redaktor
12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
Dünyanın sürətlə müstəmləkəçilik dalğasına qərq olduğu, imperiyaların yeni torpaqlar və sərvətlər uğrunda yarışdığı XIX əsrin ortalarında, qlobal ticarətin gələcəyini dəyişəcək kəşflərin yalnız adlı-sanlı botaniklər və elmi akademiyalar tərəfindən edilə biləcəyi düşünülürdü. Parisin dəbdəbəli laboratoriyalarında çalışan alimlər lüksün və var-dövlətin yeni simvoluna çevrilən vanil bitkisini süni şəkildə mayalandırmağın yolunu tapmaq üçün illərdir çarpışırdılar. Lakin Avropanın elmi elitası təbiətin bu sirri qarşısında tamamilə çarəsiz qalmışdı.
Heç kimin gözləmədiyi bir anda, Hind okeanının kiçik bir adasında yaşayan və heç bir təhsili olmayan 12 yaşlı qul uşağı bəşəriyyətin dad xəritəsini kökündən dəyişəcək bir möcüzəyə imza atdı. Ortada nə bir dövlət dəstəyi, nə də elmi rütbə olmadan, sadə bir uşağın barmaq ucları tarixin ən böyük aqrar inqilablarından birini reallaşdırdı. Bəs necə oldu ki, kralların və böyük sənayelərin həll edə bilmədiyi 300 illik bu böyük botanika tapmacasını sadə bir qul uşağı təkbaşına və bir neçə saniyənin içində həll edə bildi?
Vanil istehsalını qlobal bir sənayeyə çevirəcək qığılcımı alovlandırdığından sanki tam xəbərsiz idi.
Valyuta.az xəbər verir ki, bu dahi və unudulmuş missiyanın müəllifi Fransa müstəmləkəsi olan Reunion adasında bir fransız plantasiya sahibinin yanında qul kimi yaşayan Edmond Albiusdur. O, 1841-ci ildə, Avropanın ən böyük botaniklərinin, o cümlədən Paris Kral Botanika Bağının alimlərinin 300 ildən artıq müddətdə həll edə bilmədiyi "vanil parodoksu" problemini həll edir. Meksikadan kənarda yetişdirilən vanil bitkilərinin çiçək açsa da, niyə bar vermədiyini anlamağa çalışan sənayenin böyük təzyiqi mövcud idi. Çünki bu bitki yalnız Meksikadakı spesifik "Melipona" arıları tərəfindən mayalandırıla bilirdi. 12 yaşlı Edmond isə kiçik bir bambuk çöpü və baş barmağının köməyi ilə vanil çiçəyinin erkək və dişi orqanlarını ayıran pərdəni qaldırmağı və onları bir-birinə toxundurmağı kəşf etdi. O, bu sadə və praktiki üsulla əslində vanil istehsalını qlobal bir sənayeyə çevirəcək qığılcımı alovlandırdığından sanki tam xəbərsiz idi.
Kiçik bir qul uşağının belə bir uğura imza ata biləcəyini təkzib etməyə çalışırdılar
Edmond Albius ənənəvi elmi yollarla getmədi. O, böyük botaniklərin mürəkkəb cihazlarla edə bilmədiyini, təbiəti dərindən müşahidə edərək və bitkinin anatomiyasını hiss edərək reallaşdırdı. Onun bu kəşfi sayəsində Reunion adası sürətlə inkişaf etdi. Əgər adadan 1848-ci ildə cəmi 50 kiloqram vanil ixrac edilirdisə, 1898-ci ilə qədər bu göstərici 200 tona çatdı. İlk baxışdan bu model gənc bir qul üçün böyük bir uğur olmalı idi. Lakin sənayeyə böyük qazanclar gətirən bu zəhmət Edmond üçün tamamilə ziyana işlədi. Çünki ağ dərili elmi mühit onu qəbul edə bilmirdi. Parisli botanik Jan Mişel Klod Rişar kimi insanlar bu dahi kəşfi öz adlarına çıxarmağa, kiçik bir qul uşağının belə bir uğura imza ata biləcəyini təkzib etməyə çalışırdılar. Lakin fransız botanik Ogüst de Vil mətbuatda Edmondun haqqını müdafiə edərək kəşfin rəsmən ona aid olduğunu sübut etdi.
Kəşfi sənayeni zənginləşdirdi, amma özü yoxsulluq içində öldü
Bu bəsit və dahi addımın uğurundan sonra, Edmondun kəşfi 1848-ci ildə rəsmən azadlığını qazanmasına səbəb olsa da, ona layiq olduğu sərvəti gətirmədi. Fransız qanunları quldarlığı ləğv etdikdən sonra o, "Albius" soyadını aldı, lakin yaratdığı böyük vanil sənayesindən heç bir qazanc əldə edə bilmədi. Təkəbbürlü elmi oğurluqların və haqsızlığın kölgəsində qalan Edmond, ömrünün qalan hissəsini mətbəxdə aşpaz köməkçisi və sadə fəhlə kimi keçirdi. Bir dəfə hətta oğurluqda ittiham olunaraq həbsə atıldı, lakin qubernatorun müdaxiləsi və keçmiş kəşfi nəzərə alınaraq azad edildi. Beləliklə, bu qlobal dadın və lüksün memarı olan dahi insanın sonu tam bir səfalət oldu. 1880-ci ildə, Reunion adasındakı fəhlə xəstəxanasında tamamilə yoxsulluq və unudulmuşluq içində, 51 yaşında vəfat etdi.
Edmond Albiusun hekayəsi bizim üçün bir nümunədir. Əsl böyük kəşflər elmi titulların kölgəsində deyil, təbiəti dərindən müşahidə edən insanların sadəliyində gizlənir. Lakin dünya öz xilaskarının haqqını tapdalayanda, böyük uğurlar həm də bir insanın şəxsi faciəsinə çevrilir. Çünki qlobal dəyişikliklər bahalı laboratoriyalarda deyil, sıravi bir insanın öz mühitində, hər gün səbirlə atdığı kiçik və praktiki addımların gücü sayəsində baş verir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMöhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026