Redaktor
Qadınların iş saatının azaldılması onların işə qəbuluna necə təsir edər?
Bu gün Milli Məclisin iclasında deputat Tahir Rzayev təklif edib ki, evli və uşaqlı qadınlar işə bir saat tez gəlib, elə bir saat tez getsin. Deputat bunu onunla əsaslanıdırıb ki, qadınlar ailə qayğılarından özlərinə ayırmağa zaman tapmırlar, buna görə də onlara iş saatında güzəşt tətbiq edilməlidir.
Deputatın səsləndirdiyi təklif isə insanlar arasında müxtəlif fikir ayrılıqlarına səbəb olub. Bəziləri onu dəstəkləyirlərsə, bir çox şəxs isə belə bir qanunun olmasının insanların əmək hüququnun pozulması ilə nəticələnəcəyini, kişi və qadın arasında diskriminasiyaya səbəb olacağını düşünür.
Azərbaycanda qadınların iş saatının azaldılması ilə bağlı qanun qəbul edilə bilər?
Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli qeyd edib ki, hər bir təklifdə həm sosial, həm iqtisadi yanaşmalar əsas götürülməlidir:
"Sosial baxımdan bu təklif maraqlı görünür, amma biz qadınların daha çox əmək bazarına inteqrasiya etməsini düşünürük, müxtəlif sahələrdə çalışmağını istəyirik. Qeyd edim ki, Azərbaycan qanunvericiliyinə görə, hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur".
İqtisadçı düşünür ki, belə bir qaydanın tətbiqi xanımların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər:
"Çünki sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Digər tərəfdən hər hansı bir işdə işləyən şəxsin əmək funksiyaları olur. Onların isə iş saatı qısalanda, onun əmək funksiyalarını digər əməkdaş yerinə yetirməli olur. Hesab edirəm ki, bu da əmək bazarına mənfi təsir göstərə, kişilərin daha çox işə cəlb olunmasına səbəb ola bilər. Bu həm də gizli diskriminasiyadır. Çünki bu gün ölkədə kişi və qadın hüquqlarının bərabərliyi uğrunda məsələlər qaldırılırsa, gender bərabərliyi deyilirsə, qadınlarla kişilərin əmək hüquqlarında bir fərq olmamalıdır".
Eyyub Kərimli deyib ki, belə bir qanunun qəbul olunması həmin qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər:
"Bu gün biz onsuz da bəzi sahələrdə qadınların daha az əməyə cəlb edilməsini müşahidə edirik. İş saatlarının azaldılması, həm əmək bazarına, həm də məşğulluğa mənfi təsir göstərə bilər".
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bitcoin" niyə ucuzlaşır?
21.06.2026Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026