Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

Redaktor

16.12.2025 11:51
108

Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

Azərbaycanda iqtisadi şaxələndirmə indeksi hazırda aşağı səviyyədədir.

Valyuta.az xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib. 

Onun sözlərinə görə, qeyri neft-qaz sektorunun inkişafı və ixrac olunan məhsulların çeşidinin artması bu göstəricinin yüksəlməsinə səbəb ola bilər.

R.Cabirli qeyd edib ki, ölkədə həllini gözləyən əsas məsələlərdən biri qeyri-neft-qaz və qeyri-qida məhsullarına nəzarətin gücləndirilməsidir. O bildirib ki, keyfiyyətin ölçülməsi və keyfiyyət infrastrukturu ilə bağlı məsələlər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə birlikdə gündəmə gətirilib.

Onun sözlərinə görə, hazırda ölkəyə idxal olunan məhsullara, xüsusilə qeyri-qida məhsullarına nəzarət zəifdir. Yerli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutan dövlət proqramı mövcud olsa da, bu istiqamətdə hələ ki, ciddi irəliləyiş hiss olunmur.

R.Cabirli əlavə edib ki, keyfiyyət məsələsi mühüm əhəmiyyət daşıyır və bu amil Türkiyədən idxala da təsir göstərə bilər. O, Çindən və digər ölkələrdən idxal olunan məhsullarla bağlı məsələlərin mütəmadi olaraq dövlət qurumlarının diqqətinə çatdırıldığını da vurğulayıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...