Redaktor
Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?
Vüsal Sultanlı
“Profity Co.” şirkətinin həmtəsisçisi və direktoru
Bir neçə il əvvəl Azərbaycanda startapdan danışanda çox az adam bu anlayışın nə olduğunu bilirdi. İndi isə innovasiya və sahibkarlıq ölkənin əsas gündəm mövzularından birinə çevrilib. Gənc təşəbbüskarlar öz ideyalarını reallaşdırmağa çalışır, dövlət və özəl sektor isə bu prosesə dəstək vermək üçün addımlar atır. Bəs bu sahə həqiqətən inkişaf edirmi? Startap qurmaq Azərbaycanda nə qədər realdır?
Startaplar niyə vacibdir?
Startaplar təkcə yeni texnoloji məhsullar yaratmaq demək deyil. Onlar eyni zamanda yeni iş yerləri, iqtisadi inkişaf və qlobal bazara çıxış üçün fürsətlər yaradır. Dünyada milyardlarla dollar dəyərində startaplar var və bu sahəyə maraq durmadan artır. Azərbaycan da bu yarışın bir parçası olmağa çalışır. Gənclər üçün startap qurmaq təkcə biznes deyil, həm də bir macəradır. Çünki bu yolda uğur qazanmaq üçün təkcə yaxşı ideya kifayət etmir – düzgün komanda, maliyyə dəstəyi və bazar anlayışı da vacibdir. Bəs ölkəmizdə bu dəstək varmı?
Dövlət və özəl sektorun dəstəyi
Son illərdə dövlət startaplara müxtəlif dəstək proqramları təqdim edir. "Startap Şəhadətnaməsi" gənc sahibkarlara vergi güzəştləri verir, müxtəlif fondlar və akseleratorlar isə startapların inkişafına kömək edir. Amma təkcə dövlət dəstəyi yetərlidirmi? Əlbəttə ki, yox. Ən önəmli faktor startap mühitinin öz-özünü formalaşdırmasıdır – yəni sahibkarların bir-biri ilə əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması və bir ekosistem yaratması.
Yerli startaplar tam olaraq nədə əskiklik yaşayırlar?
Azərbaycanda startap ekosistemində nəzərəçarpan boşluqlardan ən önəmlisi odur ki, startaplara birbaşa və praktiki dəstək göstərən mərkəzlər azdır. Bu çox aydın məsələdir ki, ideya sahibləri ilkin mərhələdə ya texniki bazanın yaradılması ya da sahibkarlıq təcrübəsinin əksiklikliyi ilə qarşılaşırlar. Bu əskiklikləri isə onlarla çiyin-çiyinə vuruşaraq, məhz, “həm-təsisçi” anlayışı ilə tamamlamaq olar. “Hubble” məhz bu ehtiyacı qarşılamaq üçün yaradılıb. “Profity Co.” və “Codelandia”nın təşəbbüsü ilə fəaliyyətə başlayan bu vençur studiya, sadəcə ideyaların formalaşmasına deyil, onların texniki bazasının yaradılmasına, bazarda testinq mərhələsinə daxil edilməsinə və inkişaf etdirilib qlobal miqyasda uğur qazanmasına yönəlib.
Burada sahibkarlarla birlikdə real biznes mərhələlərini addım-addım həyata keçirir, onların texnoloji və kommersiya baxımından inkişafı təmin etdirilir. Beləliklə, gənc ideya sahibləri öz innovativ platformalarını inkişaf etdirmək üçün ilkin maliyə dəstəyi axtarmağa ehtiyac duymurlar. Çünki, ideya mərhələsində olan startap üçün ən çətin proses məhz bu kapitalın təmin olunmasıdır.
Azərbaycan startap ekosisteminə investisiya etmək istəyən birbaşa xarici maliyyə mənbələri mövcuddur və “Hubble” bu mənbələrlə yaxından əməkdaşlıq edir. Hədəfimiz odur ki, sahibkarlar təkcə nəzəriyyə ilə kifayətlənməsinlər, ideyalarını bazarda real uğura çevirə bilsinlər. Çünki uğurlu startaplar təsadüf nəticəsində yaranmır – onlar ardıcıl iş və doğru tərəfdaşlıqla qurulur.
Bəs bizim ekosistemimizdən nə vaxtsa “Unicorn” çıxacaqmı?
Başa düşmək lazımdır ki, Azərbaycanın startap ekosistemi hələ də formalaşma mərhələsindədir. Uğur qazanmaq üçün daha çox investisiya, daha çox təcrübə mübadiləsi və ən önəmlisi daha çox cəsarətli gənclər lazımdır. Məqalənin əvvəlində vurğuladığım kimi, bu təcrübəni sadəcə dövlət qurumlarından gözləmək düzgün deyil. Biz, sahibkarlar olaraq həm ilkin, həm də toxum mərhələdə olan startaplar üçün öz texniki və praktiki təcrübələrimizi və ən vacibi isə öz netvorkinq imkanlarımızı onlar üçün təmin etməliyik.
Ekosistemimizdən uğurlu bir “unicorn” startapın çıxması üçün mütləqdir ki, bütün güclərimizi birləşdirək və gəncləri məğlubiyyətlərdən qorxmamağı, yetəri qədər resurslarımızın olduğunu və “unicorn” olmağın reallığını aşılayaq. Qalibiyyətə aparan yol, məhz yalnış təcrübələrdən keçir. Bizə düşən müqavimətkar olmaq və əmin addımlarla irəliləməkdir “Əl-nəticə” və sual: Azərbaycanda növbəti böyük startap hansı olacaq? Bəlkə də bu sizin ideyanızdır?

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026